Qazaxda yaşlı ər-arvad nəvə və kürəkənləri tərəfindən baltalanaraq öldürülüb

qazaxda yasli er arvad neve ve kurekenleri terefinden baltalanaraq oldurulub

Qazax. Azər Məmmədli, Hafiz Heydərov - APA. Qazax rayonunda yaşlı kişi və qadını öldürməkdə şübhəli bilinən nəvə və kürəkən saxlanılıb.

 

APA-nın yerli hüquq mühafizə orqanlarına istinadən verdiyi məlumata görə,  rayonun Cəfərli kənd sakini Nəriman Bayraməli oğlu Osmanov və onun həyat yoldaşı Dünya Mehbulla qızı Bakıxanovanın meyitlərinə baxış keçirilərkən onların baltalanaraq qətlə yetirildikləri məlum olub. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Nəriman Osmanovun nəvəsi, 1995-ci il təvəllüdlü Ruslan Həsənov və əvvəllər məhkum olunmuş kürəkəni, 1967-ci il təvəllüdlü Elşən Musayev tutulublar. İlkin ifadələrində onlar cinayəti törədiklərini etiraf ediblər. Qətlin tamah məqsədi ilə törədildiyi bildirilir. 

 

Faktla bağlı Qazax rayon Prokurorluğunda istintaq tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, hadisə martın 13-də rayonun Cəfərli kəndində qeydə alınıb. Kənd sakinləri - 1939-cu il təvəllüdlü Nəriman Bayraməli oğlu Osmanov və onunla qeyri-rəsmi nikah münasibətlərində yaşayan 1941-ci il təvəllüdlü Dünya Mehbulla qızı Bakıxanovanın meyitləri yaşadıqları evdə aşkar edilib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:16 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan prezidenti rusiyaya sefer edib
    Azərbaycan prezidenti Rusiyaya səfər edib
  • sabuncuda uc nefer denizde batmaq tehlukesi ile uzlesib
    Sabunçuda üç nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib...
sabuncuda uc nefer denizde batmaq tehlukesi ile uzlesib sabuncuda uc nefer denizde batmaq tehlukesi ile uzlesib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ