XƏBƏR LENTİ

Böyüt
23:37 26 Sentyabr
Foto
18:37 26 Sentyabr
18:05 26 Sentyabr
14:29 26 Sentyabr
TOP 5
Ölkədə və dünyada baş verən xəbərlərlə bağlı bildiriş almaq istəyirsinizmi?

Quba hadisələrində təqsirləndirilən şəxslərdən daha bir neçəsi azadlığa buraxılıb

Quba. Vəli Turan – APA. Quba Rayon Məhkəməsində hakim Füzuli Pənahovun sədrliyi ilə bu il martın 1-də Quba rayonunda baş verən hadisələrə görə həbs olunan 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

APA-nın yerli bürosunun məlumatına görə, prosesdə hökm oxunub. Təqsirləndirilən şəxslərdən Səfər Qəribov 1 il 6 ay, Habil Əliyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Məhkəmə Zimistan Əmiraslanov, Akif Əliyev, Telman Dadaşov, Samir Abdullayev, Məmmədhəsən Əkbərovun barəsində isə 3 il müddətinə şərti olaraq azadlıqdan məhrumetmə cəzası müəyyənləşdirib.

 

Qeyd edək ki, dövlət ittihamçısı Səfər Qəribov, Zimistan Əmiraslanov, Akif Əliyev, Telman Dadaşov, Samir Abdullayev, Məmmədhəsən Əkbərovun hər birinin 5 il müddətinə azadlıqdan məhrum edilməsini, digər təqsirləndirilən şəxs Habil Əliyevin isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini və  əvvəllər barəsində çıxarılmış qərara əsasən ödənilməmiş qalmış 200 manat cərimənin ödənilməsini istəmişdi.

 

Xatırladaq ki, Quba hadisələrinə görə saxlanılan şəxslərdən Əliyev Habil Əhməd oğlu Azərbaycan Cİnayət Məcəlləsinin 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma), 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunub.

Digər müttəhimlər - Akif Məmmədtağı oğlu Əliyev, Qəribov Səfər Fazil oğlu, Əmiraslanov Zimistan Əkrəm oğlu, Dadaşov Telman Əfqan oğlu, Abdullayev Samir Alim oğlu və Əkbərov Məmmədhəsən Məmmədəli oğlu isə CM-nin 186.2.1 (əmlakı qəsdən məhvetmə və ya zədələmə - zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə), 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrinin tələblərini pozmaqda təqsirləndiriliblər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • avropa xalq partiyasinin musahide missiyasi referendum beynelxalq standartlara uygun kecirilib yenilenib
    Avropa Xalq Partiyasının müşahidə missiyası: Referendum beyn...
  • azerbaycan prezidenti belarusun mudafie nazirini qebul edib yenilenib
    Azərbaycan prezidenti Belarusun müdafiə nazirini qəbul edib ...
azerbaycan prezidenti belarusun mudafie nazirini qebul edib yenilenib azerbaycan prezidenti belarusun mudafie nazirini qebul edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 27 Sentyabr, 2016

USD
1.6292
 
EUR
1.8241
 
RR
0.0255
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ