Rusiyada azərbaycanlılar arasında kütləvi bıçaqlaşma olub, ölən və xəsarət alanlar var - TƏFƏRRÜAT

rusiyada azerbaycanlilar arasinda kutlevi bicaqlasma olub olen ve xesaret alanlar var teferruat

Rusiyanın Voronej şəhərində bir azərbaycanlının ölümü ilə nəticələnən davanın təfərrüatları məlum olub.

 

“Vstreça” kafesinin inzibatçısı Ramin Mehdiyevin APA-ya verdiyi məlumat görə, hadisə aprelin 20-də səhər saat 4-də kafeyə yaxın yerdə baş verib.

 

“Axşam kafedə banket olub, 10-15 nəfər iştirak edib. Kafe bağlanandan bir saat sonra kafeyə yaxın ərazidə, yolun kənarındakı dayanacaqda mübahisə düşüb. Daha sonra mübahisə bıçaqlaşma ilə nəticələnib. Xəsarət alanlar xəstəxanaya aparılıb. Onlardan biri - Ağcabədi sakini xəstəxanada ölüb”.

 

R. Mehdiyev onu da əlavə edib ki, kafe adi qaydada fəaliyyətini davam etdirir.

 

 

***

 

saat 16.03

 

Rusiya Federasiyasının Voronej şəhərində azərbaycanlılar arasında dava olub.

 

APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə nəticəsində 6 nəfərin bıçaqlandığı bildirilir. Bıçaqlananlardan biri - Ağcabədi rayonunun Köyük kənd sakini, 1990-cı il təvəllüdlü Əliyev Sadiq Səttar oğlu ölüb.

 

Müxtəlif xəsarətlər alan digər şəxslərin vəziyyətinin ağır olduğu, onlardan durumu daha kritik olan iki nəfərin Voronejdə xəstəxananın reanimasiya şöbəsində müalicə edildiyi bildirilir.

 

Hadisə doğum günü münasibətilə "Vstreça" kafesində təşkil olunan məclisdə baş verib.

 

Qonaqlar arasında hələlik bilinməyən səbəbdən başlayan mübahisə bıçaqlaşma ilə nəticələnib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:33 25 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • leyla eliyeva mdu nezdindeki asiya ve afrika olkeleri institutunda olub
    Leyla Əliyeva MDU nəzdindəki Asiya və Afrika Ölkələri İnstit...
  • erdogan turkiye ai ye uzvlukle bagli movqeyini deyise biler
    Ərdoğan: “Türkiyə Aİ-yə üzvlüklə bağlı mövqeyini dəyişə bilə...
erdogan turkiye ai ye uzvlukle bagli movqeyini deyise biler erdogan turkiye ai ye uzvlukle bagli movqeyini deyise biler +2
MƏZƏNNƏ
FOREX
/ 26 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ