Sabiq MTN-nin şöbə müdirinin həyat yoldaşının şikayəti birinci instansiya məhkəməsinə qaytarılıb

sabiq mtn nin sobe mudirinin heyat yoldasinin sikayeti birinci instansiya mehkemesine qaytarilib

Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin İbtidai İstintaq İdarəsinin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərovun həyat yoldaşının birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.

 

APA-nın xəbərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatlar dəqiqləşdirilib.

 

Apellyasiya şikayəti müddəti keçdiyindən baxışa qəbul edilməyib. Müddətin bərpa olunması üçün iş yenidən birinci instansiya məhkəməsi olan Bakl Hərbi Məhkəməsinə qaytarılıb.

 

Qeyd edək ki, sabiq şöbə rəisinin həyat yoldaşı Şəhla Ələkbərova əmlaklarla bağlı apellyasiya şikayəti verib. Ş. Ələkbərova V. Ələkbərovun cinayət işi üzrə məhkəmə qərarı ilə müsadirə olunan əmlaklarının geri qaytarılmasını tələb edir.

 

Xatırladaq ki, V.Ələkbərov Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.

 

Həbsdə olan V.Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,18 ha torpaq sahəsi və fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 164, mənzil 42 ünvanında yerləşən mənzili üzərinə həbs qoyulub. Üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri isə 1 milyon 277 min manat hesablanıb.

 

Bakı Hərbi Məhkəməsinin hökmü ilə V.Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin polkovnikin rütbəsinin əlindən alınması barədə xüsusi qərar da çıxarıb. Hökmə əsasən, V.Ələkbərovun əmlakı müsadirə edilərək zərərçəkmiş iş adamı Akif Qurbanova verilməsi barədə qərar qəbul edilib. Digər zərərçəkmiş iş adamlarının mülki iddiası təmin edilməmiş saxlanılıb. Məhkəmə bunu belə əsaslandırıb ki, V.Ələkbərov və digər vəzifəli şəxslər iddiası təmin olunmayan zərərçəkmişlərdən pulu rüşvət kimi qəbul ediblər. Rüşvətlə bağlı iddia isə mülki qaydada həll oluna bilər.

 

Məhkəmə həmçinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və həmin nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlan Şıxəliyevin barəsində cinayət işinin başlanması ilə bağlı xüsusi qərar da çıxarıb və həmin qərarın surəti icra olunması üçün adiyyəti üzrə prokurorluğa göndəriləcək. HəmçininV.Ələkbərovun üzərinə həbs qoyulmuş əmlakları müsadirə edilib.

 

Hökmdən narazı qalan V.Ələkbərov və zərərçəkmişlər apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə V.Ələkbərovun 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 ilə endirilib. Zərərçəkmişlərin apellasiya şikayəti isə təmin edilməyib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qudret qurbanov azerbaycan bayragi altinda uzen gemilerde tehlukesizliyin temin olunmasi ucun beynelxalq konvensiyalarin teleblerine ciddi riayet olunub
    Qüdrət Qurbanov: “Azərbaycan bayrağı altında üzən gəmilərdə ...
  • turkpa turkiyede seckiler beynelxalq standartlara uygun kecirilib
    TÜRKPA: Türkiyədə seçkilər beynəlxalq standartlara uyğun keç...
turkpa turkiyede seckiler beynelxalq standartlara uygun kecirilib turkpa turkiyede seckiler beynelxalq standartlara uygun kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyun, 2018

USD
1.7
 
EUR
1.981
 
RR
0.0269