Salyanda həyat yoldaşını qətlə yetirən şəxsin cəzası azaldılıb

salyanda heyat yoldasini qetle yetiren sexsin cezasi azaldilib

Şirvan Apellyasiya Məhkəməsində Salyanda həyat yoldaşını qətlə yetirən şəxsin apellyasiya şikayətinə baxılıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hakim  Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə Quliyev Məmmədağa Rahib oğlunun apellyasiya şikayəti qismən təmin edilib.

 

Birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək həbs müddəti 1 il azaldılıb. Onun qardaşı Quliyev Zaur Rahib oğlunun isə apellyasiya şikayəti təmin edilməyib.

 

Qeyd edək ki, 2016-cı ilin oktyabr ayında 1983-cü il təvəllüdlü Quliyev Məmmədağa Rahib oğlu   həyat yoldaşı, Salyan şəhər sakini, 1991-ci il təvəllüdlü Gülşən Feyziyevanı qısqanclıq zəminində boğaraq öldürüb.  

 

İlk əvvəl Gülşən Feyziyevanın xəstəlikdən (qıcolmadan) vəfat etdiyi bildirilsə də, sonradan Salyan rayon Prokurorluğunun apardığı araşdırmalar nəticəsində onun  həyat yoldaşı Məmmədağa Quliyev tərəfindən qətlə yetirildiyi məlum olub. 26 yaşlı qadının meyiti eksqumasiya edilib və ekspertizadan keçirilib. Ekspertiza nəticəsində məlum olub ki, qadın əllə boğularaq qətlə yetirilib.

 

İş üzrə təqsirləndirilən digər şəxs - M. Quliyevin qardaşı Zaur Quliyevin həmin ilin oktyabrın 4-də  mərhum Gülşən Feyziyeva ilə bir otaqda tutduğu Salyan sakini, 1994-cü il təvəllüdlü Nurlan Nuralı oğlu Xankişiyevi bıçaqladığı qeyd olunur. Qardaşının çağırışı ilə həmin gün Bakıdan evə dönən M. Quliyevin həyat yoldaşını boğaraq qətlə yetirməsinə məhz bu olay səbəb olub.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Quliyev Məmmədağa Rahib oğlu 16 il, qardaşı Quliyev Zaur Rahib oğlu isə 7 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:35 20 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gomruk prosedurlarinin sadelesdirilmesi ve suretlendirilmesile bagli seminar kecirilir
    Gömrük prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi...
  • azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib
    Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş elmi-praktiki...
azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267