Şamaxıda toyda məktəb direktoru döyülüb

samaxida toyda mekteb direktoru doyulub

Şamaxı rayonunun Çöl Bağırlı kəndində keçirilən toy mərasimində qonaqlar arasında dava düşüb.

 

APA-nın yerli bürosunun xəbərinə görə, kənd sakini İntiqam Azayev həmyerlisi Müşfiq Mirzəyevi yıxaraq ona müxtəlif bədən xəsarətləri yetirib. Alın, sinə və kürək nahiyyəsindən xəsarətlər alan Müşfiq Mirzəyev Şamaxı rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Ağsu rayonu Ləngəbiz kənd orta məktəbinin direktoru olan Müşfiq Mirzəyev APA-nın yerli bürosuna bildirib ki, bu gün bəzi saytlar hadisəni çox şişirdərək onun barəsində yalan məlumat yazıblar: “Hadisə Ağsuda işlədiyim məktəbdə baş verməyib. Məni müəllim döyməyib. Ötən gecə kəndimizdəki toy mərasimində İntiqam Azayevin qəflətən hücumuna məruz qalmışam. Mən onun qardaşı ilə söhbət edirdim. Dava olmayıb. Sərxoş olan İntiqam naməlum səbəbdən gəlib məni vurdu. Mən stolların arasına yıxıldım, xəsarət aldım. Məsələni polis əməkdaşları araşdırır. Hazırda vəziyyətim yaxşıdır. Sabah işə çıxacağam”.

 

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

20:09 27 May
12:17 26 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • samaxida hova markali yuk masini asib surucu agir xesaret alib
    Şamaxıda "HOVA" markalı yük maşını aşıb, sürücü ağır xəsarət...
  • beyleqanda mecburi kockunlerin meskunlasdigi birmertebeli binada yangin olub
    Beyləqanda məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli bi...
beyleqanda mecburi kockunlerin meskunlasdigi birmertebeli binada yangin olub beyleqanda mecburi kockunlerin meskunlasdigi birmertebeli binada yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 28 May, 2018

USD
1.7
 
EUR
1.9906
 
RR
0.0276