Şəki sakini ağacdan yıxılaraq ağır xəsarət alıb

seki sakini agacdan yixilaraq agir xesaret alib

Şəkidə ağacdan yıxılan 43 yaşlı kişi ağır xəsarət alıb.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün saat 17 radələrində rayonun Kiçik Dəhnə kənd sakini 1975-ci il təvəllüdlü Eldəniz Məmmədcamal oğlu Hüseynov döş qəfəsinin açıq travması xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

 

MRX-dan APA-ya bildirilib ki, müayinə zamanı Eldəniz Hüseynov yaşadığı kəndin ərazisində ağacdan yıxılaraq xəsarət aldığını bildirlib. Eldəniz Hüseynovun yıxılarkən döş qəfəsinə batdığı ağac parçasının qalıqları cərrahi yolla çıxarılıb.

 

Eldəniz Hüseynovun vəziyyətini nəzərə alaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərmək nəzərdə tutulub.

 

Faktla bağlı araşdırma aparılır.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayda 700 bal toplayan abituriyentin oxudugu mekteb qezali oldugu ucun baglanib
    Göyçayda 700 bal toplayan abituriyentin oxuduğu məktəb qəzal...
  • agcabedide 5 ton ot baglamasi yanib
    Ağcabədidə 5 ton ot bağlaması yanıb
agcabedide 5 ton ot baglamasi yanib agcabedide 5 ton ot baglamasi yanib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267