Siyəzəndə mikroavtobus aşıb, 3 nəfər xəsarət alıb

siyezende mikroavtobus asib 3 nefer xesaret alib

Ötən gün axşam saatlarında Siyəzən- Məşrif yolunda yol qəzası qeydə alınıb.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə yolun 7-ci km-də qeydə alınıb.

 

Siyəzən rayon sakini Ceyhun Ağayevin idarə etdiyi, 50 BN 668 dövlət nömrə nişanlı "Mercedes" markalı mikroavtobusda yaranan texniki problem nəticəsində maşın yoldan çıxaraq aşıb.

 

Siyəzən rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna bildirilib ki, qəza nəticəsində maşında olan sərnişinlərdən  3 nəfər ciddi xəsarət alıb. Onlar Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Xəsarət alan şəxslər Siyəzən rayon sakinləri, 1988-ci il təvəllüdlü Cavid Əzimov, 1981-ci il təvəllüdlü Feyruz Balabəyov və 1982-ci il təvəllüdlü Elçin Balabəyovdur. Hər üç şəxsin müalicəsi stasionar qaydada davam etdirilir.

 

Faktla bağlı Siyəzən rayon Polis Şöbəsində araşdırma aparılır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:05 22 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • masallida vaz asib surucu xesaret alib
    Masallıda "VAZ" aşıb, sürücü xəsarət alıb
  • fhn bakida bas veren yanginla bagli melumat yayib yenilenib 3
    FHN Bakıda baş verən yanğınla bağlı məlumat yayıb - YENİLƏNİ...
fhn bakida bas veren yanginla bagli melumat yayib yenilenib 3 fhn bakida bas veren yanginla bagli melumat yayib yenilenib 3 +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ