Suriyada Şəkidən olan azərbaycanlı döyüşçü öldürülüb - VİDEO

suriyada sekiden olan azerbaycanli doyuscu oldurulub video
Bakı. Hafiz Heydərov - APA. Suriyada daha bir azərbaycanlı öldürülüb.

APA-nın xəbərinə görə, bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb.

 

Məlumata görə, “Zübeyr Azəri” kimi təqdim olunan azərbaycanlı döyüşçü Suriyada hökumət qüvvələri tərəfindən öldürülüb. Onun kimliyi açıqlanmasa da, Azərbaycanın Şəki rayonundan olduğu bildirilir.  

 

Mücahidlər öldürülən azərbaycanlının fotosunu da yayıblar.

 

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida demiryolu stansiyasinda qumbara tapilib
    Bakıda dəmiryolu stansiyasında qumbara tapılıb
  • imagine avropa tolerantliq festivalinin baglanis merasimi kecirilib
    "İmagine" Avropa Tolerantlıq Festivalının bağlanış mərasimi ...
imagine avropa tolerantliq festivalinin baglanis merasimi kecirilib imagine avropa tolerantliq festivalinin baglanis merasimi kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 May, 2018

USD
1.7
 
EUR
2.0016
 
RR
0.0276