Tərtərdə əl qumbarası tapılıb

terterde el qumbarasi tapilib

Yanvarın 20-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya Tərtər rayonunun Ələsgərli kəndi ərazisində 1 ədəd əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.

 

ANAMA-dan APA-ya verilən məlumata görə, xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

 

ANAMA-nın mütəxəssisləri tərəfindən yuxarıda qeyd olunan ərazidə su kanalına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub. Əl qumbarası zərərsizləşdirilməsi üçün ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Aşkar olunmuş əl qumbarasının ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • astanada azerbaycan xalq cumhuriyyetinin 100 illik yubileyi qeyd olunub
    Astanada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ...
  • fhn bakida restoranda bas vermis yanginla bagli resmi melumat yayib yenilenib 2
    FHN Bakıda restoranda baş vermiş yanğınla bağlı rəsmi məlum...
fhn bakida restoranda bas vermis yanginla bagli resmi melumat yayib yenilenib 2 fhn bakida restoranda bas vermis yanginla bagli resmi melumat yayib yenilenib 2 +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272