DİN 82 yaşlı falçının itkin düşməsi barədə məlumat yayıb - YENİLƏNİB

din 82 yasli falcinin itkin dusmesi barede melumat yayib yenilenib

Daxili İşlər Nazirliyi (DİN) Ucarda itkin düşən falçı ilə bağlı məlumat yayıb.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ucarın Qazyan kənd sakini, 1935-ci il təvəllüdlü Əliyev Xəlil Əli oğlu bu il yanvarın 6-da yaşadığı evdən xəbərsiz çıxaraq gedib, bir daha geri qayıtmayıb.

 

Xəlil Əliyevin xarakterik əlamətləri belədir: Boyu 160 santimetr, ağ saçlı, gözlərinin rəngi mavidir.

 

Evdən çıxan zaman əynində boz rəngli şalvar, qara rəngli qış gödəkcəsi, başında isə qara papaq olub.

 

Onu görənlərdən və ya itkin düşmüş bu şəxs haqqında hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (051) 486-78-78 nömrəli mobil, eyni zamanda, (02021) 3-00-53, (02021) 3-15-85 nömrəli şəhər telefonlarına zəng edərək Ucar Rayon Polis Şöbəsinə xəbər vermələri xahiş olunur.

 

 

***

 

11 yanvar saat 16.37

 

Ucar rayon sakini itkin düşüb.

 

Rayon polis şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, ötən il dekabrın 29-dan 30-na keçən gecə rayonun Qazyan kənd sakini, 1935-ci il təvəllüdlü Xəlil Əli oğlu Əliyev yaşadığı evdən çıxıb və qayıtmayıb.

 

X. Əliyevin oğlu Qalib Əliyev hadisənin ertəsi gün Ucar Rayon Polis Şöbəsinə atasının itkin düşməsi barədə ərizə ilə müraciət edib. X. Əliyevin tapılması istiqamətində tədbirlər görülür.

 

Məlumata görə, itkin düşən X. Əliyev əvvəllər bərbər işləyib, son illərdə baxıcılıq edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:56 29 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ali mekteb telebeleri arasinda informatika uzre umumrespublika olimpiadasi na start verilib
    “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespub...
  • gomruk nezaretinden gizledilen 129 qram qizil askarlanib
    Gömrük nəzarətindən gizlədilən 129 qram qızıl aşkarlanıb...
gomruk nezaretinden gizledilen 129 qram qizil askarlanib gomruk nezaretinden gizledilen 129 qram qizil askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 29 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8495
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ