Vəkillər Binəqədidə yaşayış binasının yanmasında təqsirləndirilən şəxslərə bəraət istəyiblər

vekiller bineqedide yasayis binasinin yanmasinda teqsirlendirilen sexslere beraet isteyibler

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

 

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda “Qlobal Stone” MMC-nin baş direktoru, təqsirləndirilən Uğur Bəşirovun hüquqlarını müdafiə edən vəkil Vüsal Hüseynov çıxış edib. O bildirib ki, U. Bəşirovun fəaliyyətində cinayət tərkibi yoxdur. Onun sözlərinə görə, U. Bəşirovun yanan binada aparılan təmir işlərinə heç bir aidiyyatı olmayıb: "Bina üzləndiyi vaxt Uğur Bəşirov cəmiyyətin direktoru deyildi. Məhkəmə istintaqı zamanı da bunlar sübuta yetirildi. Bu baxımdan mən hüquqlarını müdafiə etdiyim şəxsə bəraət verilməsini məhkəmədən xahiş edirəm".

 

 

Sonra “Global Construction” MMC-nin sədr müavini, təqsirləndirilən Ələkbər Əsgərovun vəkili Elvin Səlimov çıxış edib. O deyib ki, ittiham aktında konkret Ələkbər Əsgərovun cinayət törətməsi ilə bağlı sübutlar yoxdur, bu səbəbdən ona bəraət verilməlidir.

 

 

72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi, təqsirləndirilən Nizami Orucovun vəkili Pərviz Zamanlı da hüquqlarını müdafiə etdiyi şəxsə bəraət istəyib.

 

 

Proses yanvarın 17-də davam etdiriləcək.

 

Xatırladaq ki, dövlət ittihamçısı Fərid Nağıyev çıxış edərək, təqsirləndirilən şəxslərin cinayətlərinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini deyib.


Prokuror yanan binanın üzlənməsində istifadə edilən “poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC-nin təsisçisi, təqsirləndirilən Miryusif Mahmudovun 10 il, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Qəzənfər Novruzovun 7 il, "Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərovun 7 il, Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirovun 8 il, Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş, rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin sabiq müdiri Ədalət Rəcəbovun 7 il, 72 saylı mənzil-kommunal istismar sahəsinin sabiq rəisi Nizami Orucovun 5 il, "Dərnəgül Boru" Zavodunun laboratoriya sabiq rəhbəri Ağacavad Məmmədovun 5 il, Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin sabiq baş direktoru, təqsirləndirilən Akif Əlibəyovun isə 5 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.
 

 

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.

 

Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.

 

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • www esgeremektub com vasitesi ile ilk mektublar esgerlere catdirilib fotosessiya
    “www.esgeremektub.com” vasitəsi ilə ilk məktublar əsgərlərə ...
  • erdogan ppk ve feto ile bagli abs a xeberdarliq edib
    Ərdoğan PPK və FETÖ ilə bağlı ABŞ-a xəbərdarlıq edib...
erdogan ppk ve feto ile bagli abs a xeberdarliq edib erdogan ppk ve feto ile bagli abs a xeberdarliq edib +2
MƏZƏNNƏ
FOREX
/ 26 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ