Xaçmazda aşkarlanan 170 kq ətin at əti olduğu müəyyən edilib

xacmazda askarlanan 170 kq etin at eti oldugu mueyyen edilib

Xaçmazda aşkarlanmış ümumi çəkisi 170 kq olan sümükdən ayrılmış ət, 2 ədəd heyvan ürəyi və Sabirabadda aşkarlanmış ümumi çəkisi 600 kq olan heyvan əti Respublika Baytarlıq Laboratoriyasında müayinə olunub.

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xaçmazda aşkarlanmış heyvan ətlərində aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən nümunələrin hər birində bakterioloji çirklənmə (BÇQB, stafilakokkos aureus, salmonella typfimurium) aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən nümunələrin hamısının aqoniya vəziyyətində və ya öldükdən sonra (leş əti) kəsilmiş at əti olduğu müəyyənləşdirilib. Müayinə zamanı bütün nümunələrin keyfiyyətsiz, qida üçün baytarlıq-sanitariya cəhətdən yararsız olması da müəyyən edilib.

 

Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən Sabirabadda aşkar edilmiş ətlərdə çirklənmə (BÇQB, stafilakokkos aureus, salmonella typfimurium) aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən götürülən nümunələrin hamısının aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş heyvan ətləri (leş əti) olduğu müəyyənləşdirilib. Müayinə zamanı bütün nümunələrin keyfiyyətsiz, qida üçün baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyənləşib. Aparılan müayinə zamanı 24 ət nümunəsindən 1 nümunənin at, 3 nümunənin xırdabuynuzlu heyvan və 20 nümunənin iribuynuzlu heyvan əti olduğu müəyyənləşib.

 

Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalan, aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş, ümumi çəkisi 600 kq olan heyvan ətləri (at, iribuynuzlu və xırdabuynuzlu heyvan ətləri), habelə insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalan, aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş 170 kq at əti haqqında qanunvericiliyə uyğun tədbir görüləcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:36 29 Aprel
09:56 29 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agdasda magazadan ogurluq eden iki nefer saxlanilib
    Ağdaşda mağazadan oğurluq edən iki nəfər saxlanılıb
  • erdogan abs ve terror teskilatinin bayraqlarinin birge dalgalanmasi bizi teessuflendirir
    Ərdoğan: ABŞ və terror təşkilatının bayraqlarının birgə dalğ...
erdogan abs ve terror teskilatinin bayraqlarinin birge dalgalanmasi bizi teessuflendirir erdogan abs ve terror teskilatinin bayraqlarinin birge dalgalanmasi bizi teessuflendirir +2
MƏZƏNNƏ
FOREX
/ 30 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8495
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ