Xəlil Rzanın həyat yoldaşına qarşı dələduzluq edən AYB üzvünün məhkəməsində şahid ifadə verib

xelil rzanin heyat yoldasina qarsi deleduzluq eden ayb uzvunun mehkemesinde sahid ifade verib

Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Ulutürkə qarşı dələduzluqda təqsirləndirilən Mirzə Şəmsiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
APA-nın xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə prosesdə şahid qismində Uşaq Nevroloji Xəstəxanasının həkimi Füzuli Məmmədov ifadə verib. O deyib ki, M. Şəmsiyevdən 300 min manata ev alıb. Şahid qeyd edib ki, ev M. Şəmsiyevə məxsusdur. 
 
İttihama görə, AYB üzvü olan  M. Şəmsiyev Xəlil Rza Ulutürkün yubileyi münasibətilə onun kitabını nəşr etdirəcəyini deyərək, həyat yoldaşı Firəngiz Ulutürkə qarşı təxminən 4 min manat məbləğində dələduzluq edib. M. Şəmsiyev məhkəmə dövründə F. Ulutürkə vurulan ziyanı tam ödəyib. 
 
İş üzrə daha bir neçə nəfərə qarşı dələduzluq edilib. Digər zərərçəkmişlərə vurulan ziyanın miqdarı 100 min manatdan çoxdur.
 
Həbs edilən M. Şəmsiyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida isiqforun islememesi avtoqezaya sebeb olub
    Bakıda işıqforun işləməməsi avtoqəzaya səbəb olub
  • sirvan milli parkinin erazisinde raketler askarlanib
    Şirvan Milli Parkının ərazisində raketlər aşkarlanıb
sirvan milli parkinin erazisinde raketler askarlanib sirvan milli parkinin erazisinde raketler askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272