Xızıda dəmiryol xətti kənarında hərbi sursat tapılıb

Xızıda dəmiryol xətti kənarında hərbi sursat tapılıb.

 

ANAMA-dan APA-ya bildirilib ki, mayın 15-də Agentliyə Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində partlamamış hərbi sursatların  tapılması barədə məlumatlar daxil olub.

 

Məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Xızı rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

 

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Xızı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəmiryol xəttinin kənarına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən əraziyə sonradan atılmış 54 ədəd yanmış döyüş başlığı (53 ədəd VM-30 və 1 ədəd V-30) aşkar olunub və zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Aşkar olunmuş döyüş başlıqlarının ətrafında 600 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
14:41 24 May
11:49 24 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • nato quru qosunlari komandanliginin qerargah reisi azerbaycan ordusunun kesfiyyat boluyunun telimini izleyib
    NATO Quru Qoşunları Komandanlığının qərargah rəisi Azərbayca...
  • turkiye sefiri qafqaz islam ordusu azerbaycanin azadliginin bugunku serhedlerine qovusmasinin yolunu acdi
    Türkiyə səfiri: "Qafqaz İslam Ordusu Azərbaycanın azadlığını...
turkiye sefiri qafqaz islam ordusu azerbaycanin azadliginin bugunku serhedlerine qovusmasinin yolunu acdi turkiye sefiri qafqaz islam ordusu azerbaycanin azadliginin bugunku serhedlerine qovusmasinin yolunu acdi +2
MƏZƏNNƏ
FOREX
/ 24 May, 2018

USD
1.7
 
EUR
1.9904
 
RR
0.0277