Yardımlıda 23 yaşlı qadını boğaraq öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib

yardimlida 23 yasli qadini bogaraq olduren sexsin apellyasiya sikayeti temin edilmeyib

Şirvan Apellyasiya Məhkəməsində Yardımlıda qadını boğaraq öldürən şəxsin apellyasiya şikayətinə baxılıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hakim  Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə Yardımlı rayonu Telavar kənd sakini Təhməzov Niyazi Baxas oğlunun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

 

Qeyd edək ki, bu ilin aprelində Yardımlı rayonunun Telavar kəndi ərazisində 37 yaşlı Təhməzov Niyazi Baxas oğlu tanışı 23 yaşlı Babayeva Natəvan Azəddin qızını onunla mübahisə zamanı boğaraq öldürüb. Daha sonra isə meyiti samanlıqda gizlədib.

 

Öldürülən qadının N.Təhməzovla münasibətinin olduğu üzə çıxan kimi o, saxlanılıb. N.Təhməzov törətdiyi əməli etiraf edib və aprelin 13-də meyiti gizlətdiyi yeri göstərib.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Təhməzov 18 il müddətinə azadlıqdan məhrum edilib.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • nazirlik denizde batmis gencin cesedini xilasedici cixarib
    Nazirlik: "Dənizdə batmış gəncin cəsədini xilasedici çıxarıb...
  • sumqayitda yangin olub
    Sumqayıtda yanğın olub
sumqayitda yangin olub sumqayitda yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyul, 2018

USD
1.7
 
EUR
1.9921
 
RR
0.0273