Yaşlı qadını qətlə yetirən şəxsin apellyasiya şikayəti təmin edilməyib

yasli qadini qetle yetiren sexsin apellyasiya sikayeti temin edilmeyib

Şirvan Apellyasiya Məhkəməsində Füzulidə yaşlı qadını qətlə yetirən şəxsin apellyasiya şikayətinə baxılıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qətldə təqsirləndirilən Yaqub Abbasovun apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

 

Qeyd edək ki, 2017-ci ilin iyun ayında Füzuli rayonunun Babı kəndində həmin kəndin sakini, 78 yaşlı  Lyuba Babeyavanın meyiti qonşuları tərəfindən evindә aşkarlanıb.

 

Hadisә yerinә gәlәn hüquq-mühafizә orqanlarının əməkdaşları isti izlәrlә cinayәti törәtmәkdә şübhәli bilinәn Sumqayıt şәhәr sakini, 25 yaşlı Abbasov Yaqub Vahid oğlunu saxlayıblar.

Kәndә әmisigilə qonaq gedən Y. Abbasovun gecә saatlarında tәnha qadını yaşadığı evdә başından küt alәtlә vurub öldürdüyü məlum olub.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yaqub Abbasov Cinayət Məcəlləsinin 120.2.4, 120.2.6, 120.2.9, 149.2.4, 149.2.5, 157.1, 180.2.3 maddələri ilə təqsirli bilinərək 20 il azadlıqdan məhrum edilib.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gurcustanda guclu yagis fesadlar yaradib
    Gürcüstanda güclü yağış fəsadlar yaradıb
  • sumqayitda ucmertebeli magaza yanib yenilenib
    Sumqayıtda üçmərtəbəli mağaza yanıb - YENİLƏNİB
sumqayitda ucmertebeli magaza yanib yenilenib sumqayitda ucmertebeli magaza yanib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267