Azay Quliyev: "QHT layihələrinin maliyyələşdirilməsi üçün ayrılan vəsait kifayət deyil"

azay quliyev qht layihelerinin maliyyelesdirilmesi ucun ayrilan vesait kifayet deyil

"Şuranın bir neçə ilə xarici QHT-yə uğurla verdiyimiz dəstək artıq 2 ildir, dayandırılıb".

 

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib.

 

A. Quliyev deyib ki, xarici QHT ilə bir çox layihə həyata keçirilib: "Bu layihələrin bəziləri mətbuata açıq olub, bəzi hallarda isə milli maraqlarımızın təminatı baxımından donorun kim olduğunun qabarıq şəkildə verilməsinin tərəfdarı olmamışıq. Bu, effektiv bir təşəbbüs idi. Prezident vaxtilə belə layihələrin maliyyələşdirilməsi üçün vəsait ayırdı. İndi xarici proqramları tamamilə dayandırmışıq".

 

Şura sədri quruma ayrılan vəsaitlərin də az olduğunu nəzərə çatdırıb: "Milli Məclisdə müzakirələr zamanı da bu məsələni qeyd etdim. Təsəvvür edin ki, Şuraya QHT-lərin fondu üçün ayrılan vəsait 5 milyon manatdır. Ölkədə 4 minə yaxın QHT fəaliyyət göstərir. Biz həmin fondu riyazi olaraq 4 min QHT-yə bölsək, 1200-1300 manat düşür. Şuraya dövlət büdcəsindən QHT layihələrinin maliyyələşdirilməsi üçün ayrılan vəsait kifayət deyil. İl ərzində 1200-1300 manatla nə edə bilərik. Ona görə də məcburuq ki, QHT-lərin layihələrinə ayrılan vəsaitin həcmini  azaldaq. Biz maksimum bir layihəyə 10 min manatın ayrılmasını nəzərdə tuturuq. Amma QHT-lərin hamısının layihəsinə 10 min manat ayırmırıq, 5-8 min manat ayırırıq. Bu, bizim üçün əsas problemlərdən biridir. Ümid edirəm ki, növbəti ildə mütləq şəkildə bu məsələyə baxılmalıdır".

 

A. Quliyev Şuranın yeni maliyyə mənbələrinin tapılması istiqamətində axtarışlarının davam etdiyini açıqlayıb: "Belə təşəbbüs var ki. özəl sektoru bu və ya digər şəkildə QHT-lərin layihələrinin maliyyələşdirilməsinə cəlb edək. Biz Şuranın tərkibində bu məqsədlə ayrıca bir fond, hesab yaradacağıq. Həmin hesaba maraqlı ideyaların maliyyələşdirilməsi üçün ayrı-sayrı donor təşkilatlarının, yəni kommersiya qurumlarının cəlb edilməsi məsələsinə baxaq. Çox istərdim ki, mətbuat da bizə dəstək versin, kommersiya qurumlarını bu təşəbbüsə cəlb edək. Alternativ maliyyə mənbələri olmadan QHT-lərin fəaliyyəti kifayət qədər çətinləşəcək. Mən istərdim ki, həm hökumət, həm də özəl sektor QHT-lərin nəcib fəaliyyətinə dəstək versinlər, bir çox layihələrin maliyyələşdirilməsi mümkün olsun".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:40 17 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goygolde avtomobil asib bir nefer xesaret alib
    Göygöldə avtomobil aşıb, bir nəfər xəsarət alıb
  • gencede kecirilecek azerbaycan rusiya regionlararasi forumunun vaxti melum olub
    Gəncədə keçiriləcək Azərbaycan-Rusiya Regionlararası Forumun...
gencede kecirilecek azerbaycan rusiya regionlararasi forumunun vaxti melum olub gencede kecirilecek azerbaycan rusiya regionlararasi forumunun vaxti melum olub +2
MƏZƏNNƏ
FOREX
/ 17 İyul, 2018

USD
1.7
 
EUR
1.9921
 
RR
0.0273