Azay Quliyev yenidən QHT Şurasının sədri seçilib

azay quliyev yeniden qht surasinin sedri secilib

Bakı - APA. Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni tərkibdə ilk iclası keçirilib. 
 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyindən APA-ya verilən məlumata görə, iclasda təşkilati məsələlərə baxılıb. 

 
Azay Quliyev növbəti müddətə Şuranın sədri seçilib.
 

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin tərkibində yaradılmış Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev Şuranın sədr müavini, Nərgiz Eyvazova isə katibi seçilib. A. Quliyev Şura üzvləri adından göstərdiyi yüksək etimada görə prezident İlham Əliyevə təşəkkürünü bildirib.
 

Xatırladırıq ki, Azərbaycan prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli sərəncamı ilə Vüsal Quliyev, İlqar Məmmədov, Zakir  Hacıyev, Sahib Məmmədov, Nərgiz Eyvazova,  Emin Həsənli, Rufiz Qonaqov, Azay Quliyev,  Şahin İsmayılov, Anar Xəlilov və Əliməmməd Nuriyev Şuraya üzv təyin olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:40 17 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goygolde avtomobil asib bir nefer xesaret alib
    Göygöldə avtomobil aşıb, bir nəfər xəsarət alıb
  • gencede kecirilecek azerbaycan rusiya regionlararasi forumunun vaxti melum olub
    Gəncədə keçiriləcək Azərbaycan-Rusiya Regionlararası Forumun...
gencede kecirilecek azerbaycan rusiya regionlararasi forumunun vaxti melum olub gencede kecirilecek azerbaycan rusiya regionlararasi forumunun vaxti melum olub +2
MƏZƏNNƏ
FOREX
/ 17 İyul, 2018

USD
1.7
 
EUR
1.9921
 
RR
0.0273