Azərbaycanda qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydası dəyişib

azerbaycanda qrant muqavilelerinin qerarlarinin qeyde alinmasi qaydasi deyisib

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nda dəyişikliklər edib.

 

APA-nın məlumatına görə, indiyə qədər bu Qayda Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların), o cümlədən sub-qrantın, qranta əlavənin, habelə ianələr istisna olmaqla, digər formada rəsmiləşdirilən yardımların qeydə alınmasını tənzimləyib.

 

Bundan sonra bu Qayda xarici dövlətlərin qeyri-kommersiya qurumlarının filial və ya nümayəndəlikləri tərəfindən qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların), o cümlədən sub-qrantın, qranta əlavənin, habelə ianələr istisna olmaqla, digər formada rəsmiləşdirilən yardımların qeydə alınmasını da tənzimləyəcək.

 

İndiyə qədər dövlət büdcəsi hesabına verilmiş qrant barədə müvafiq məlumat qrant müqaviləsini (qərarını) qeydə alan orqana donor tərəfindən 3 gündən gec olmayaraq, bu Qaydaya uyğun təqdim olunub. Dəyişikliyə əsasən bundan sonra həm də donor   Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların Siyahısı”nda nəzərdə tutulmuş qurum olduğu halda müvafiq məlumata Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 652 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması Qaydası”nda nəzərdə tutulmuş rəy və ya Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən həmin rəyin vaxtında verilməməsi barədə müraciət etmiş dövlət qurumunun məktubu əlavə olunacaq. Dövlət qurumu olan donor tərəfindən dövlət büdcəsi hesabına verilən qrant barədə müvafiq məlumatın təqdim edilməsi qeyri-hökumət təşkilatını müqavilənin (qərarın) qeydiyyat üçün təqdim edilməsi vəzifəsindən azad etmir.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • samaxida torpaq surusmesi yeniden aktivlesib
    Şamaxıda torpaq sürüşməsi yenidən aktivləşib
  • cocuq mercanlida xeyli sayda qelpe askarlanib
    Cocuq Mərcanlıda xeyli sayda qəlpə aşkarlanıb
cocuq mercanlida xeyli sayda qelpe askarlanib cocuq mercanlida xeyli sayda qelpe askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 29 Mart, 2017

USD
1.722
 
EUR
1.8623
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ