Azərbaycanda xarici donorlar tərəfindən publik hüquqi şəxslərə qrant verilməsi qaydası müəyyənləşib

azerbaycanda xarici donorlar terefinden publik huquqi sexslere qrant verilmesi qaydasi mueyyenlesib

Nazirlər Kabineti “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nda dəyişiklik edib.

 

APA-nın məlumatına görə, bu Qayda beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, xarici hökumətlər və onların nümayəndəlikləri, xeyriyyəçilik, humanitar inkişaf və başqa ictimai yönlü beynəlxalq təşkilatlar, maliyyə-kredit institutları, təhsil, elm, səhiyyə, incəsənət və idmanın inkişafı sahələrində fəaliyyət göstərən xarici ictimai təşkilatlar, o cümlədən fondlar, assosiasiyalar, federasiyalar və komitələr, həmçinin xarici hüquqi şəxslərin Azərbaycanda dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunda nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri) tərəfindən Azərbaycan ərazisində qrant vermək hüququnun əldə edilməsi qaydasını tənzimləyir.

 

Qaydaya əsasən xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrant vermək hüququ hər bir qrant müqaviləsi (qərarı) üzrə əldə edilməlidir. Qrant vermək hüququnun əldə edilməsi üçün Maliyyə Nazirliyinin qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyi tələb olunur. Qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair Maliyyə Nazirliyinin rəyinin əldə edilməsi və bundan sonra qrant müqaviləsinin (qərarının) qeydə alınması üçün xarici donor və ya müqavilə üzrə resipiyent (onların nümayəndəsi) tərəfindən müqavilə bağlandıqdan (qərar verildikdən) 30 gün müddətində “bir pəncərə prinsipi” üzrə kommersiya qurumlarına münasibətdə İqtisadiyyat Nazirliyinə, dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə isə n Ədliyyə Nazirliyinə (bundan sonra - əlaqələndirici dövlət orqanı) müvafiq ərizələrlə müraciət edilir. Dəyişikliyə əsasən bundan sonra xarici donorlar tərəfindən Azərbaycan ərazisində publik hüquqi şəxslərə qrant vermək hüququnun əldə edilməsi üçün də Maliyyə Nazirliyinin qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyi tələb olunacaq. Eyni zamanda qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair Maliyyə Nazirliyinin rəyinin əldə edilməsi və bundan sonra qrant müqaviləsinin (qərarının) qeydə alınması üçün xarici donor və ya müqavilə üzrə resipiyent (onların nümayəndəsi) tərəfindən müqavilə bağlandıqdan (qərar verildikdən) 30 gün müddətində “bir pəncərə prinsipi” üzrə publik hüquqi şəxslərə münasibətdə İqtisadiyyat Nazirliyinə ərizə ilə müraciət edilməlidir.  Ərizəyə qrant müqaviləsi (qərarı), müqavilə (qərar) üzrə layihə, müqavilə (qərar) qanuni təmsilçi olmayan şəxs tərəfindən imzalandıqda, onun müvafiq səlahiyyətə malik olması barədə sənəd (imzalamaq səlahiyyəti müqavilədə göstərilmədiyi halda), qrant müqaviləsinin (qərarının) qeydə alınması üçün resipiyentin ərizəsi və qrantın maliyyə-iqtisadi əsaslandırılması əlavə olunmalıdır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:40 17 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goygolde avtomobil asib bir nefer xesaret alib
    Göygöldə avtomobil aşıb, bir nəfər xəsarət alıb
  • gencede kecirilecek azerbaycan rusiya regionlararasi forumunun vaxti melum olub
    Gəncədə keçiriləcək Azərbaycan-Rusiya Regionlararası Forumun...
gencede kecirilecek azerbaycan rusiya regionlararasi forumunun vaxti melum olub gencede kecirilecek azerbaycan rusiya regionlararasi forumunun vaxti melum olub +2
MƏZƏNNƏ
FOREX
/ 17 İyul, 2018

USD
1.7
 
EUR
1.9921
 
RR
0.0273