Gənclər üçün Təhsil Mərkəzi illik hesabatını təqdim edib

Bu gün Gənclər üçün Təhsil Mərkəzi (GTM) 2016-cı ildəki fəaliyyətinə dair illik hesabatını təqdim edib.

 

APA-nın məlumatına görə, GTM-in icraçı direktoru Fəxrəddin Həsənzadə deyib ki, Mərkəz ötən il ümumilikdə 123 layihə həyata keçirib. Bu layihələrin maliyyələşməsində Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, UNİCEF-in Bakı ofisi, Avropa İttifaqının "Gənclər fəaliyyətdə" Proqramı və digər qurumlarla əməkdaşlıq edilib.

 

Layihələr Azərbaycanın 35-dən çox şəhər və rayonunda keçirilib. Hesabat dövründə "Multikulturalizm ili" çərçivəsində Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında "Multikultural marafon" adlı kampaniya təşkil olunub. İl ərzində 20 Yanvar, Xocalı soyqırımı,  Qarabağ münaqişəsi haqqında real faktların dünya ictimaiyyətinə çatdırılması məqsədilə sosial şəbəkələrdə 5 dildə (ingilis, rus, alman, fransız, türk) virtual aksiyalar təşkil olunub, təbliğat işi aparılıb.

 

Eyni zamanda region gəncləri arasında peşə təhsilinin stimullaşdırılması üçün regionlarda GTM-in Peşə Təhsili üzrə Regional Məsləhət Xidməti və Karyera Planlama Xidməti fəaliyyət göstərib, Quba rayonunda gənclər üçün Biznes Planlama Mərkəzi yaradılıb. Samux rayonunda GTM-in xidmətindən yararlanan gənc xanımlar tərəfindən Moda Evi, Ağcabədi rayonunda aztəminatlı ailələrin qız övladları üçün tikiş və toxuculuq kursu fəaliyyətə başlayıb. Ötən il region gənclərinin problemlərinin öyrənilməsi üçün Quba və Ağcabədi rayonlarında Region Gənclərinin İnkişafına Dəstək Forumu, gənclərin yaradıcılıq potensialının üzə çıxarılması üçün 4 regionda "Qızıl Payız" gənclərin yaradıcılıq festivalları keçirilib. Eyni zamanda Qarabağda uşaqlar üçün Mobil göz klinikası layihəsi, Gəncə şəhərində Əlil Tələbələrin I Forumu keçirilib.

 

Hesabat dövründə yeniyetmə və gənclər arasında hüquqların təbliği ilə əlaqədar "Yuvenal ədliyyə" layihəsinin icrasına başlanılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
08:52 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • iran turkmenistani mehkeme ile hedeleyib
    İran Türkmənistanı məhkəmə ilə hədələyib
  • ankarada qarabag parkinin acilisi olub
    Ankarada Qarabağ Parkının açılışı olub
ankarada qarabag parkinin acilisi olub ankarada qarabag parkinin acilisi olub +2
MƏZƏNNƏ
FOREX
/ 28 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ