Mədəniyyət və Turizm Nazirliyinin QHT-lərə qrant verilməsi sahəsində səlahiyyətləri məhdudlaşdırılıb

medeniyyet ve turizm nazirliyinin qht lere qrant verilmesi sahesinde selahiyyetleri mehdudlasdirilib

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət  maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” qərarında dəyişikliklər edib.

 

APA-nın məlumatına görə, Qaydaya əsasən indiyə qədər mədəniyyət sahəsində QHT-nin fəaliyyətinin dəstəklənməsi məqsədi ilə hər il yanvarın 31-dək Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tədbirlər müəyyən edilib.

 

Dəyişikliyə əsasən Mədəniyyət və Turizm Nazirliyinin bu sahədə səlahiyyəti məhdudlaşdırılıb. Başqa sözlə, bundan sonra mədəniyyət sahəsində QHT-nin fəaliyyətinin dəstəklənməsi məqsədi ilə hər il yanvarın 31-dək Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırıldıqdan sonra tədbirlər müəyyən ediləcək.

 

Qaydaya əsasən müsabiqə iştirakçılarının təkliflərinin qiymətləndirilməsi məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ictimai əsaslarla fəaliyyət göstərən Müsabiqə Komissiyası yaradılıb. Komissiyanın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılıb, qərarları sadə səs çoxluğu ilə qəbul edilir və protokolla rəsmiləşdirilib. Komissiya öz iş qaydasını müəyyən edib. Dəyişikliyə əsasən isə bundan sonra Komissiya müsabiqədə iştirak edən qeyri-hökumət təşkilatları barədə məlumatları rəyin bildirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təqdim edəcək. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agcabedide jiquli traktora cirpilib 1 nefer olub 3 nefer agir xesaret alib yenilenib
    Ağcabədidə "Jiquli" traktora çırpılıb, 1 nəfər ölüb, 3 nəfər...
  • 174 azerbaycanda startap olmaq asandir
    ® Azərbaycanda Startap olmaq asandır!
174 azerbaycanda startap olmaq asandir 174 azerbaycanda startap olmaq asandir +2
MƏZƏNNƏ
FOREX
/ 20 Yanvar, 2017

USD
1.8311
 
EUR
1.9483
 
RR
0.0308
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ