QHT-lərin illik maliyyə hesabatlarının təqdim edilməsi qaydası dəyişib

qht lerin illik maliyye hesabatlarinin teqdim edilmesi qaydasi deyisib
Maliyyə Nazirliyi xəbərdarlıq edilmiş, inzibati məsuliyyətə cəlb olunmuş QHT-lər barədə hər il avqustun 1-dək Ədliyyə Nazirliyinə məlumat verəcək

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nda dəyişiklik edib.

 

APA-nın məlumatına görə, bu Qayda QHT-lərin, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin illik maliyyə hesabatlarının formasını, məzmununu və təqdim edilməsi qaydasını müəyyən edir.

 

Qaydaya əsasən Maliyyə Nazirliyi illik maliyyə hesabatlarını təqdim etməyən QHT-lər, habelə xarici dövlətlərin QHT-lərin filial və nümayəndəlikləri barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. Dəiyşikliyə əsasən Maliyyə Nazirliyinin Ədliyyə Nazirliyinə məlumat verməsi ilə bağlı müddət müəyyənləşdirilib, inzibati məsuliyyətə cəlb olunmuş QHT-lər ilə bağlı da konkret tələb qoyulub. Başqa sözlə, bundan sonra Maliyyə Nazirliyi illik maliyyə hesabatlarını təqdim etməyən və yazılı surətdə xəbərdarlıq edilmiş və ya inzibati məsuliyyətə cəlb olunmuş QHT-lər, habelə xarici dövlətlərin QHT-lərinin filial və nümayəndəlikləri barədə Ədliyyə Nazirliyinə hər il avqustun 1-dək məlumat verməlidir. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agcabedide jiquli traktora cirpilib 1 nefer olub 3 nefer agir xesaret alib yenilenib
    Ağcabədidə "Jiquli" traktora çırpılıb, 1 nəfər ölüb, 3 nəfər...
  • 174 azerbaycanda startap olmaq asandir
    ® Azərbaycanda Startap olmaq asandır!
174 azerbaycanda startap olmaq asandir 174 azerbaycanda startap olmaq asandir +2
MƏZƏNNƏ
FOREX
/ 20 Yanvar, 2017

USD
1.8311
 
EUR
1.9483
 
RR
0.0308
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ