Tbilisidə “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın I Qurultayı keçirilib

Ötən gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”-nın I Qurultayı keçirilib.

 

APA-nın məlumatına görə, qurultayda “Ermənistan-Azərbaycan Sülh Platforması”nın əsasında “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın yaradılması və onun Nizamnaməsinin təsdiq olunması haqqında qərar qəbul olunub.

 

Nizamnaməyə uyğun olaraq “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platfroması”nın İdarə Heyəti və Mərkəzi Nəzarət Təftiş Komissiyası üzvlərinin sayı, təmsilçilik prinsipi və tərkibi müəyyyənləşib. Ümumi razılaşmaya əsasən, 19 nəfərlik İdarə Heyətində üzvlərin say proporsiyası 5-i erməni, 5-i azərbaycanlı, 9-u isə ATƏT-in Minsk Qrupuna daxil olan digər ölkələrin hərəsindən 1 nəfər olmaqla müəyyən edilib.

 

Qurultay Platformanın Tbilisi, İrəvan və Bakıda ofislərinin açılması, Ermənistan və Azərbaycanda geniş ictimaiyyətlə görüşlərin keçirilməsi haqqında qərar qəbul edib. Qurultay iştirakçılarının Ermənistan və Azərbaycan prezidentlərinə, ATƏT-in Minsk qrupunun həmsədrlərinə, Roma Papası Fransiskə, Bütün Ermənilərin Katolikosu II Qareginə və Qafqaz Müsəlmanları İdarəsinin Sədri, Şeyxülislam Allahşükür Paşazadəyə Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə kömək məqsədilə yaradılmış Platformanın təşəbbüsünə dəstək vermələri, Ermənistanla Azərbaycan arasında davam edən 30 illik münaqişəyə son qoyulması və davamlı barışın əldə olunması üçün onlara müraciətləri qəbul olunub

 

Qurultay işini başa çatdırdıqdan sonra yeni İdarə Heyətinin ilk iclası keçirilib. İclasda “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”-nın Nizamnaməsinə uyğun olaraq həmsədrlik institutu təsis edilib, Rafael İsaxanyan və Rövşən Rzayev Platformanın İdarə Heyətinin 1 il müddətinə həmsədrləri seçilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida kafede partlayis neticesinde olenlerin kimliyi melum olub yenilenib 2
    Bakıda kafedə partlayış nəticəsində ölənlərin kimliyi məlum ...
  • bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib
    Baş Prokurorluq AXC-nin 100 illik yubileyinə həsr olunmuş ko...
bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib +2
MƏZƏNNƏ
FOREX
/ 22 May, 2018

USD
1.7
 
EUR
1.9978
 
RR
0.0273