Xarici donorların Azərbaycanda qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipi tətbiq olunacaq

xarici donorlarin azerbaycanda qrantlarin verilmesi prosedurunda bir pencere prinsipi tetbiq olunacaq

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi haqqında fərman imzalayıb.

 

APA-nın məlumatına görə, 2017-ci il yanvarın 1-dən xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipi tətbiq ediləcək.

 

Xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipi üzrə əlaqələndirici dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi kommersiya qurumlarına münasibətdə İqtisadiyyat Nazirliyinə, dini qurumlara münasibətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Ədliyyə Nazirliyinə həvalə olunub.

 

Nazirlər Kabinetinə qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi prosedurunun sadələşdirilməsini, o cümlədən onun həm xarici donor, həm də resipiyentin müraciəti əsasında həyata keçirilməsini təmin etmək, prezidentin aktlarının fərmana uyğunlaşdırılmasına dair təkliflərini iki ay müddətində Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn yevlaxda xestexanada bas veren yangin sondurulub yenilenib 2
    FHN: Yevlaxda xəstəxanada baş verən yanğın söndürülüb - YENİ...
  • sehidin medali ailesine teqdim olunub
    Şəhidin medalı ailəsinə təqdim olunub
sehidin medali ailesine teqdim olunub sehidin medali ailesine teqdim olunub +2
MƏZƏNNƏ
FOREX
/ 27 İyul, 2017

USD
1.701
 
EUR
1.9984
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ