ANS Televiziyasının yayımı dayandırılıb

ans televiziyasinin yayimi dayandirilib

Bakı-APA. ANS Televizyasının və radiosunun yayımı dayandırılıb. Bu barədə APA-ya ANS-dən məlumat daxil olub.

 

Özəl mənbədən əldə etdiymiz məlumata görə, ANS-in yayımının dayandırılmasına səbəb hazırda ABŞ-da olan Fətullah Gülənin Türkiyə əleyhinə olan müsahibəsinin yayımının qarşısını almaqdır.

 

Yayımın dayandırılması ilə bağlı qərarı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qəbul edib.

 

Qeyd edək ki, bu gün ANS TV ABŞ-dakı müxbiri Qənirə Ataşovanın Fətullah Gülənlə müsahibəsini yayacağı ilə bağlı anons yayıb.    

 

Xatırladaq ki, Azərbaycan prezidenti Türkiyədə baş vermiş hadisələri qətiyyətlə pisləyib, bununla bağlı Türkiyə dövlətinə və prezidentinə dəstəyini ifadə edib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda dovriyyeye 200 manatliq eskinaslar buraxilir yenilenib
    Azərbaycanda dövriyyəyə 200 manatlıq əskinaslar buraxılır - ...
  • dovlet reklam agentliyi yeni avtomobiller alib
    Dövlət Reklam Agentliyi yeni avtomobillər alıb
dovlet reklam agentliyi yeni avtomobiller alib dovlet reklam agentliyi yeni avtomobiller alib +2
MƏZƏNNƏ
FOREX
/ 23 May, 2018

USD
1.7
 
EUR
2.0001
 
RR
0.0277