Avropa Şurası Lənkəranda bölgə jurnalistləri üçün təlim keçirib

Dekabrın 2-də Lənkəran şəhərində Avropa Şurası və Avropa İttifaqının birgə həyata keçirdiyi “Azərbaycanda ifadə və media azadlığı” layihəsi çərçivəsində “İfadə azadlığı və şəxsi həyata hörmət” mövzusunda bölgədə fəaliyyət göstərən jurnalistlər üçün təlim keçirilib.

 

APA-nın cənub bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə açan layihə rəhbəri Pərvanə Bayramova layihənin məqsəd və vəzifələrindən danışıb.

 

Təlim məşğələsində müstəqil ekspertlər Şəfəq Mehrəliyavanın “Media və ictimai rəy”,  Ələsgər Məmmədlinin “İfadə azadlığı və şəxsi həyata hörmət sahəsində Avropa Şurası və Avropa İnsan Hüquqları Konvensiyası standartları” və “Azərbaycan Respublikasının qanunvericiliyində ifadə azadlığı və şəxsi həyata hörmət”, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dosenti Sevinc Əliyevanın “Azərbaycan jurnalistikasında ifadə azadlığı və şəxsi həyata hörmət”, Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərlinin “Media və şəxsi həyata hörmət” və  müstəqil ekspert Afiq Məlikovun “Region qəzetləri və onlayn media: problemlər və perspektivlər” mövzularında çıxışları dinlənilib.

 

Diskussiya şəraitində keçən tədbirdə təlimçilər tərəfindən bölgə jurnalistlərinin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:05 22 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • erdogan seudiyye erebistani qeter ve kuveyte sefer edecek
    Ərdoğan Səudiyyə Ərəbistanı, Qətər və Küveytə səfər edəcək...
  • masallida vaz asib surucu xesaret alib
    Masallıda "VAZ" aşıb, sürücü xəsarət alıb
masallida vaz asib surucu xesaret alib masallida vaz asib surucu xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ