“Azərbaycan media məkanında ədəbi dilin qorunması” və “Jurnalist peşəkarlığının artırılması” mövzularında müsabiqə elan edilib

azerbaycan media mekaninda edebi dilin qorunmasi ve jurnalist pesekarliginin artirilmasi movzularinda musabiqe elan edilib

Jurnalist təşkilatları üçün “Azərbaycan media məkanında ədəbi dilin qorunması” və “Jurnalist peşəkarlığının artırılması” mövzularında müsabiqə elan edilib.

 

APA-nın məlumatına görə, bu barədə qərar bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının iclasında qəbul edilib.

 

İclasda çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli jurnalist təşkilatları üçün təşkil olunan ənənəvi müsabiqənin mediada ədəbi dilin normalarının qorunması və kütləvi informasiya vasitələri əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədinə xidmət etdiyini bildirib. V. Səfərli “Azərbaycanın media məkanında ədəbi dilin qorunması", "Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” və “Jurnalist peşəkarlığının artırılması” mövzularını əhatə edən müsabiqənin mayın 4-dən 22-dək keçiriləcəyini, hər istiqamət üzrə qalib olacaq təşkilata layihənin icrası üçün mərhələli şəkildə 20 min manat maliyyə vəsaitinin ayrılacağını bildirib.

 

Müşahidə Şurasının sədri Həsən Həsənov, üzvlərdən - Bəhruz Quliyev, İntiqam Hümbətov, Rasim Həsənov müsabiqənin kütləvi informasiya vasitələrində ədəbi dilin normalarının qorunması, bu sahədə mövcud nöqsan və çatışmazlıqların aşkar olunaraq aradan qaldırılmasına xidmət edən maarifləndirici tədbirlərin həyata keçirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıblar.

 

Müzakirələrin sonunda müsabiqə elanı səsə qoyularaq yekdilliklə təsdiq edilib.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qeyri hokumet teskilatlarina dovlet desteyi surasinin 10 illik yubileyi munasibetile tedbir kecirilib
    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 ill...
  • azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib
    Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbu...
azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267