Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr edilmiş media layihəsinin təqdimatı olub

“ASAN xidmət”in dəstəyi, Azərbaycan Beynəlxalq Bankının “ASAN Radio” ilə birgə tərəfdaşlığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100-cü ildönümünə həsr olunmuş media layihəsinə start verilib.

 

APA-nın məlumatına görə, bu münasibətlə keçirilən mətbuat konfransında “100 illik tarix” adlı layihə jurnalistlərə təqdim olunub.

 
Uzunmüddətli layihə çərçivəsində bankın dəstəyi ilə AXC-nin fəaliyyətinə dair silsilə audio-video materiallar hazırlanacaq. Bu materiallar “ASAN Radio”nun efirində, Azərbaycan Beynəlxalq Bankının və “ASAN xidmət”in müxtəlif sosial şəbəkələrdəki kommunikasiya kanallarında izləyicilərə təqdim olunacaq. Materiallarda AXC-nin 23 aylıq fəaliyyətinin ayrı-ayrı məqamları üzə çıxarılacaq. Layihə müxtəlif arxivlərdə, muzeylərdə qorunan, geniş auditoriyanın isə məlumatsız olduğu bir sıra maraqlı faktlara işıq salacaq.

 
Sənədli materialların, Cümhuriyyət qurumlarının fəaliyyət göstərdiyi tarixi binaların, muzey eksponatlarının və s. bələdçiliyi ilə bu materiallar izləyiciləri 100 il əvvəlki tarixi günlərə səyahətə aparacaq. Materialların hazırlanması prosesində Rahib Azəri ekspert kimi iştirak edəcək.

 
“ASAN Radio”nun direktoru Emin Musavi layihənin əhəmiyyətindən danışıb. O bildirib ki, dövlət xidmətləri sahəsində ixtisaslaşmış ilk və yeganə radio - “ASAN Radio”nun fəaliyyətində maarifləndirmə xətti xüsusi yer tutur: “Dövlət başçısının sərəncamından irəli gələrək, bu layihə də dinləyicilərimizin Cümhuriyyət tarixi ilə bağlı maariflənməsində, dəyərlərimizin təbliğində mühüm rol oynayacaq”.

 
Azərbaycan Beynəlxalq Bankının Marketinq departamentinin direktoru Nigar Tahirovanın sözlərinə görə, layihənin reallaşdırılmasında məqsəd Cümhuriyyət dəyərlərimizin təbliğidir: “Bu il ölkəmizdə “Cümhuriyyət” ili elan olunub. Azərbaycanın istiqlaliyyətinin 100-cü ildönümü münasibətilə həyata keçirilən silsilə tədbirlərə biz də belə bir layihə ilə öz töhfəmizi vermək istədik. İnanırıq ki, layihə çərçivəsində təqdim olunan audio-video materiallar böyük maraq yaradacaq”.
 

Layihənin eksperti Rahib Azəri isə Cümhuriyyət tarixinin zəngin bir mənbə olduğunu söyləyib: “Bu zənginliyə televiziya verilişləri hazırlayarkən özüm dəfələrlə şahid olmuşam. Hansısa bir faktın izi ilə irəlilədikcə, qarşında yeni tarixi həqiqətlər açılır. Bunların hələ çox az bir qismini öyrənə bilmişik. Maraqlı və faydalı bir layihənin alınmasından ötrü bütün imkanlarımızı ortaya qoyacağıq”. 
 

Azərbaycan Beynəlxalq Bankının “ASAN Radio” ilə digər bir müştərək layihəsi də mətbuat konfransında jurnalistlərə təqdim edilib. Bu, 4 may tarixindən etibarən hər cümə saat 19.05-də “ASAN Radio”da efirə gedəcək maarifləndirici proqramdır. Bu proqramda Azərbaycan Beynəlxalq Bankı mütəxəssislərinin iştirakı ilə maarifləndirici müzakirələr aparılacaq, maliyyə-bank mövzusunda müxtəlif suallar cavablandırılacaq, cəmiyyətdə maliyyə savadlılığının yüksəlməsinə dəstək veriləcək. Proqramın aparıcısı tanınmış iqtisadçı-jurnalist Əli Əhmədov olacaq. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • haciqabulda yol qezasinda surucu olub 6 yasli ovladi xesaret alib
    Hacıqabulda yol qəzasında sürücü ölüb, 6 yaşlı övladı xəsarə...
  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272