Azərbaycanda internet televiziyaların fəaliyyəti tənzimlənə bilər

azerbaycanda internet televiziyalarin fealiyyeti tenzimlene biler

“Efir televiziyası, kabel televiziyasının fəaliyyəti tənzimlənirsə, nədən internet televiziyasının fəaliyyəti tənzimlənməsin?! Avropa ölkələri optimal variant qəbul etsə, biz də bu qərarı dəstəkləyəcəyik”.

 

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

 

O bildirib ki, internet televiziyalarının fəaliyyətinin tənzimlənməsi uzun müddətdir müzakirə mövzusudur: “Televiziya internetlə, efirlə, peyklə yayımlansa da, fəaliyyət eynidir. Bu məsələyə təkcə kommersiya marağı kimi yox, həm də xüsusi fəaliyyət sahəsi kimi baxmaq lazımdır. İnternetin müsbət tərəfləri var, amma onun fəsadları da həddindən artıqdır. Ümumiyyətlə, insanların şüuruna ciddi təsir edən, ictimaiyyəti çaşdıra bilən vasitələrin tənzimlənməsi vacibdir. Biz uzun müddətdir bu məsələdə ehtiyatlı mövqe tuturuq. Bəzən bunu mediaya, söz azadlığına basqı kimi də qiymətləndirirlər. Lakin dünya artıq başa düşür ki, bu basqı deyil, sadəcə, cəmiyyətin özünü tənzimləməsidir”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • nazir iqtisadi ve maliyye bohrani seraitinde azerbaycan iqtisadiyyati inkisaf edib
    Nazir: “İqtisadi və maliyyə böhranı şəraitində Azərbaycan iq...
  • azerbaycanli pianocu xxiv istanbul caz festivalinda cixis edecek
    Azərbaycanlı pianoçu XXIV İstanbul caz festivalında çıxış ed...
azerbaycanli pianocu xxiv istanbul caz festivalinda cixis edecek azerbaycanli pianocu xxiv istanbul caz festivalinda cixis edecek +2
MƏZƏNNƏ
FOREX
/ 29 Mart, 2017

USD
1.722
 
EUR
1.8623
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ