Bir qrup jurnalistə fəxri adlar, orden və medallar təqdim edilib


Prezident İlham Əliyevin 7 noyabr 2016-cı il tarixli sərəncamları ilə televiziya və radio sahəsində xidmətlərinə görə təltif edilən bir qrup televiziya və radio işçisinə fəxri adların, orden və medalların, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun təqdim edilməsi mərasimi keçirilib. 
 
APA-nın məlumatına görə, mərasimdə çıxış edən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Ə. Həsənov ki, 1956-cı ildə Azərbaycanda milli televiziyanın 1956-cı ildə yarandığını xatırladıb. O, qonşu Türkiyə və İranda televiziya və radionun bir neçə il sonra yarandığını söyləyib: "Şərq aləmində "Əkinçi" də ilk mətbuat orqanı olub. Mən bu gün təltif edilən jurnalistləri təbrik edirəm. İnanıram ki, siz dövlətimiz və millətimizlə bağlı fəaliyyətinizi daha inamla davam etdirəcəksiniz".
 
Ə. Həsənov televiziya, radio və elektron resursların dünyanın qabaqcıl media resursları ilə rəqabət aparmaq qabiliyyətinə malik olduğunu vurğulayıb: "Televiziya, radio, KİV keçmişlə gələcək nəsillər arasında körpü yaradır, inkişaf üçün yeni addımlar atmağa stimullaşdırır”.
 
Daha sonra bir qrup televiziya və radio işçisinə fəxri adlar, orden və medallar, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim edilib. 
 
Sonda Ə. Həsənov jurnalistləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. 
 
Qeyd edək ki, təltif olunanlar arasında “APA Holding”ə daxil olan APA TV-nin əməkdaşı Nəsimi Nəbizadə də var. Dövlət başçısının sərəncamı ilə N. Nəbizadəyə “Əməkdar jurnalist” fəxri adı verilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:23 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • batumide 28 may respublika gunu qeyd olunub
    Batumidə 28 may - Respublika Günü qeyd olunub
  • bakida vaz yuk masini ile toqqusub iki nefer xesaret alib
    Bakıda “VAZ” yük maşını ilə toqquşub, iki nəfər xəsarət alıb...
bakida vaz yuk masini ile toqqusub iki nefer xesaret alib bakida vaz yuk masini ile toqqusub iki nefer xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 26 May, 2017

USD
1.7021
 
EUR
1.9133
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ