Bir qrup KİV nümayəndəsi təmas xəttində olub

Noyabrın 19-da Azərbaycan Mətbuat Şurasının və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə “Hərbi-vətənpərvərlik mövzusunun mediada işıqlandırılması xüsusiyyətləri” mövzusunda konfrans keçirilib. MŞ-dən APA-ya verilən xəbərə görə, toplantını giriş sözü Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq rəhbərlik etdiyi rayonda aparılan geniş abadlıq və quruculuq işləri barədə məlumat verib.

 

M.Məmmədov bu ilin aprel ayının 1-dən 5-dək olan dövrdə cəbhə xəttində yaranmış gərginliyin rayona təsirini əks etdirən məqamlardan söz açıb. O bildirib ki, həmin müddətdə Tərtərin hər bir sakini yüksək əzmlə cəbhəyə dəstəyini göstərdi, bir an belə emosiyaya qapılmadı, təşvişə düşmədi.

 

M.Məmmədov qeyd edib ki, müasir texnologiyalarının inkişaf etdiyi hazırkı dövrdə informasiya son dərəcə müstəsna əhəmiyyət daşımaqdadır. 

 

MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bu ilin aprelində cəbhə xəttində gərginliyin yarandığı dövrdə Tərtərin də hadisələrin episentrində dayandığını vurğulayıb. Deputat həmin müddətdə rayon rəhbərliyi ilə müntəzəm əlaqədə olduğunu və bölgədəki ruh yüksəkliyindən fəxarət hissi keçirdiyini diqqətə çatdırıb. “Azərbaycan mediası da “aprel müharibəsi” zamanı kifayət qədər ardıcıl və peşəkar fəaliyyət göstərdi. Medianın təqdim etdiyi materiallar cəmiyyətdə böyük ruh yüksəkliyi yaratdı. Əlbəttə, mövcud sahədə müəyyən nöqsanlar da qeydə alındı. Bununla belə kütləvi informasiya vasitələrinin işini yüksək qiymətləndirmək olar".

 

Bundan sonra hərbi-vətənpərvərlik mövzusunun təqdimatında fərqlənmiş və Tərtər rayonu ilə bağlı ən yaxşı materialları təqdim etmiş 8 KİV – “525-ci qəzet”, “Azərbaycan”, “Xalq qəzeti”, “Yeni Azərbaycan”, “Respublika”, “Bakı xəbər” və “Xalq cəbhəsi” qəzetləri “Qarabağ”  mükafatına layiq görülüb.

 

Qeyd edək ki, konfransda iştirak edən Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri və KİV rəhbərləri cəbhənin Tərtər rayonunun Talış kəndi istiqamətindəki təmas xəttinə baş çəkərək əsgərlərimizlə görüşüblər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • malide almaniyaya mexsus herbi helikopter qezaya ugrayib olenler var yenilenib
    Malidə Almaniyaya məxsus hərbi helikopter qəzaya uğrayıb, öl...
  • bas prokurorluq bank standard in kecmis rehberi istintaqdan qacib gizlendiyi ucun axtarisa verilib yenilenib
    Baş Prokurorluq: “Bank Standard”ın keçmiş rəhbəri istintaqda...
bas prokurorluq bank standard in kecmis rehberi istintaqdan qacib gizlendiyi ucun axtarisa verilib yenilenib bas prokurorluq bank standard in kecmis rehberi istintaqdan qacib gizlendiyi ucun axtarisa verilib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 27 İyul, 2017

USD
1.701
 
EUR
1.9798
 
RR
0.0284
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ