Əflatun Amaşov: "İnternet medianın maliyyələşdirilməsi üçün 1 milyon manat ayrılmalıdır"

eflatun amasov internet medianin maliyyelesdirilmesi ucun 1 milyon manat ayrilmalidir

“2017-ci ilin dövlət büdcəsindən mətbuata ayrılan vəsait artırılmalıdır”.

 

APA-nın məlumatına görə, bu təkliflə Milli Məclisinin bu gün keçirilən növbəti plenar iclasında 2017-ci il üzrə büdcə zərfinin müzakirəsi zamanı millət vəkili Əflatun Amaşov çıxış edib. Jurnalistikanın ölkədə ictimai rəyin formalaşmasında və ölkənin dünyada təbliğində mühüm rol oynadığını deyən Ə. Amaşov bildirib ki, bu sahə ilə bağlı qənaət rejiminə keçilməməlidir. 
 
“Son 1 ildə istər qəzet kağızı, istərsə də çap xərcləri kifayət qədər bahalaşıb. Qəzetlərin satışı çox zəifdir, reklamlardan gələn gəlirlər də kifayət qədər aşağıdır. 2016-cı ildən ölkəyə gətirilən qəzet kağızlarına ƏDV-nin tətbiqinə də başlanılıb. Bütün bunlar vəziyyətə neqativ təsir göstərir. Hazırda internet media ictimai fikrin formalaşmasında əsas vasitəyə çevrilib. Azərbaycanda 30-dək xəbər portalı normal qaydada fəaliyyət göstərir. Gələcəkdə bu rəqəmin artacağı istisna deyil. Buna görə də bu tip media vasitələrinin nəzərə alınması vacibdir. Ümumiləşdirmə apararaq təklif edirəm ki, KİVDF-yə ayrılmış 4 milyon manat vəsait artırılsın. İnternet medianın maliyyələşdirilməsi üçün ən az 1 milyon manat ayrılmalıdır. Reklamı və heç bir gəliri olmayan, amma həmişə peşəkarlıq və vətənpərvərlik umulan şəxslər necə yaşamalıdır?” - deyə Ə. Amaşov vurğulayıb.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
08:52 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tovuza yagan dolu fesadlar toredib
    Tovuza yağan dolu fəsadlar törədib
  • cocuq mercanlida piyada eleyhine mina askarlanib
    Cocuq Mərcanlıda piyada əleyhinə mina aşkarlanıb
cocuq mercanlida piyada eleyhine mina askarlanib cocuq mercanlida piyada eleyhine mina askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 27 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ