Əflatun Amaşov Ombudsmanın mətbuatla bağlı fəaliyyətindən narazılıq edib

eflatun amasov ombudsmanin metbuatla bagli fealiyyetinden naraziliq edib

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) mətbuat üzrə fəaliyyətindən narazılığını bildirib.

 

APA-nın məlumatına görə, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Ombudsmanın 2016-cı il üzrə illik məruzəsinin müzakirəsi zamanı Ə. Amaşov bildirib ki, bir müddət əvvəl Media Ombudsmanı yaradılaraq Ombudsmanın səlahiyyətinə verilib: “Təəssüf ki, bu institut özünü doğrultmadı”.

 

Onun fikrincə, ötənilki məruzədə media üzrə müraciətlərin olmaması sübut edir ki, Media Ombudsmanı ilə bağlı əməli iş görülməyib: “Ombudmanımızı ən fəal, ən demokratik qurumlarımızdan biri kimi dəyərləndirsəm də, media ilə bağlı sahədən çox narazıyam”.

 

Komitə sədri Bahar Muradova isə bildirib ki, Media Ombudsmanı sahəsi ilə bağlı hər hansı çatışmazlıq varsa, bunun məsuliyyəti tək Ombudsmanın deyil, media tərəfinin, o cümlədən Mətbuat Şurasının da də üzərindədir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:33 25 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • leyla eliyeva mdu nezdindeki asiya ve afrika olkeleri institutunda olub
    Leyla Əliyeva MDU nəzdindəki Asiya və Afrika Ölkələri İnstit...
  • erdogan turkiye ai ye uzvlukle bagli movqeyini deyise biler
    Ərdoğan: “Türkiyə Aİ-yə üzvlüklə bağlı mövqeyini dəyişə bilə...
erdogan turkiye ai ye uzvlukle bagli movqeyini deyise biler erdogan turkiye ai ye uzvlukle bagli movqeyini deyise biler +2
MƏZƏNNƏ
FOREX
/ 26 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ