Heydər Əliyevin Azərbaycan mediasının inkişafındakı rolu müzakirə olunub

Bakıda “Heydər Əliyev siyasəti: hüquqi dövlət quruculuğunda media təminatı” mövzusunda konfrans keçirilib.

 

APA-nın xəbərinə görə, konfransın açılışında çıxış edən Mətbuat Şurasının sədri Əflatun  Amaşov Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə Azərbaycanın  ictimai-siyasi  həyatında əldə olunan nailiyyətlərdən, ölkənin daxili inkişafı, beynəlxalq aləmdə imicinin formalaşması istiqamətində görülən işlər, Azərbaycanın hüquqi dövlətə çevrilməsi yönündə keçirilən islahatlardan söz açıb.

 

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev bildirib ki, Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan çox ciddi sarsıntılardan qurtula bilib: “Ulu öndərin siyasətinin əsas məqsədi o idi ki, Azərbaycan mətbuatı müstəqil olmaqla yanaşı, güclü olsun. Bu gün də dövlətin mətbuat üzərində hər hansı bir nəzarəti yoxdur. Heydər Əliyev tərəfindən əsası qoyulmuş media siyasəti bu gün də uğurla davam etdirilir. Azərbaycan mediasının ciddi inkişaf yolu keçdiyini görə bilərik".

 

“İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü, əməkdar jurnalist Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanda Heydər Əliyevin sayəsində söz azadlığı təmin olunub və bu gün Azərbaycan  jurnalistikası prezident İlham Əliyevin müvafiq qərar və sərəncamları ilə uğurla inkişaf edir: “Heydər Əliyevin qoyub getdiyi siyasət tərəqqi deməkdir və bu gün də bu siyasət müasir şəkildə İlham Əliyev tərəfindən  davam etdirilir”.

 

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Vüqar Səfərli də öz növbəsində deyib ki, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda bütün sahələrə diqqət artdı və bir çox güzəştlər oldu: "Bu gün bütün çətinliklərdən uzaq olsaq da, torpaqlarımızın işğal  altında qalması yeganə problemimiz olaraq qalır".

 

Heydər Əliyevin jurnalistlər arasında səmimi bir mühit yaratdığını söyləyən deputat Aqil Abbas da Azərbaycanda mətbuat azadlığının bərqərar olmasında H. Əliyevin rolundan  söz açıb. Millət vəkili Hikmət  Babaoğlu isə bildirib ki, Heydər Əliyev jurnalist peşəsinin çətin olduğunu deyir və bu fəaliyyəti həmişə qiymətləndirirdi: "O, Azərbaycan mətbuatının böyük qayğıkeşi idi və fəaliyyətini həmişə stimullaşdırırdı".

 

Konfrans müzakirələrlə  davam etdirilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • haciqabulda yol qezasinda surucu olub 6 yasli ovladi xesaret alib
    Hacıqabulda yol qəzasında sürücü ölüb, 6 yaşlı övladı xəsarə...
  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272