İndoneziyalı jurnalistlər Mətbuat Şurasında olublar

Bu gün İndoneziyadan olan bir qrup jurnalist Azərbaycan Mətbuat Şurasında olub.

 

Mətbuat Şurasından APA-ya verilən məlumata görə, Mətbuat Şurasının sədri, millət vəkili  Əflatun Amaşov görüşdə İndoneziya və Azərbaycan arasında müxtəlif sahələrdə dinamik əlaqələr mövcud olduğunu bildirib.

 

Ə. Amaşov deyib ki, dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziya beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı obyektiv ictimai rəyin formalaşmasına çalışır, eyni zamanda Dağlıq Qarabağ münaqişəsində Azərbaycana fəal dəstəyi ilə seçilir: “Ancaq hər iki ölkə xalqlarının bir-biri ilə daha sıx təmaslarına ehtiyac var. Bunun üçün isə media müstəvisindəki əməkdaşlıq xüsusilə vacibdir. Bu baxımdan sizin Azərbaycana səfəriniz  son dərəcə vacibdir. Azərbaycanda müxtəlif görüşlər keçirəcəksiniz, bölgələrimizə səfərləriniz olacaq. İnanıram ki, müfəssəl informasiya toplayıb çalışdığınız kütləvi informasiya vasitələrində yayacaqsınız”.

 

Ə. Amaşov Mətbuat Şurasının fəaliyyət istiqamətləri barədə də məlumat verib. Görüşdə indoneziyalı jurnalistlərin Azərbaycanda söz və ifadə azadlığının vəziyyəti, KİV-lərin qeydiyyatı məsələləri, peşə etikasının gözlənilməsi sahəsində durumla bağlı sualları cavablandırılıb, müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • haciqabulda yol qezasinda surucu olub 6 yasli ovladi xesaret alib
    Hacıqabulda yol qəzasında sürücü ölüb, 6 yaşlı övladı xəsarə...
  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272