İranlı jurnalistlər “APA Holding”in qonağı olub

İranın Mazandaran vilayətindən olan bir qrup jurnalist “APA Holding”in qonağı olub.

 

APA-nın məlumatına görə, İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Məhəmməd Rza Nəcəfi bildirib ki, Mazandaran şəhərindən gələn media nümayəndələri azərbaycanlı həmkarları ilə, o cümlədən Mətbuat Şurasında görüşlər keçirib, qarşılıqlı əməkdaşlıq haqqında müzakirələr aparıblar.

 

APA Holding”in rəhbəri Vüsalə Mahirqızı iki ölkə arasında media sahəsində əlaqələrin müsbət istiqamətdə inkişaf etdiyini deyib. O bildirib ki, rəhbərlik etdiyi media qurumu İranın media təşkilatları ilə sıx əməkdaşlıq edir.

 

Ötən il İranda keçirilən beynəlxalq media sərgisində Azərbaycanı təmsil etdiyini deyən V. Mahirqızı beynəlxalq tədbirdə bir çox vacib görüşlər keçirdiyini, İranın media qurumları ilə yaxından tanış olduğunu və üç media qurumu ilə əməkdaşlıq haqqında müqavilə imzaladığını diqqətə çatdırıb.

 

O, əlavə edib ki, İran və Azərbaycan arasında media əlaqələri son illərdə kifayət qədər yaxşı inkişaf edir: “Biz hesab edirik ki, bu münasibətlər daha da dərinləşməli, qarşılıqlı səfərlərin sayı çox olmalıdır. Azərbaycan mediası üçün önəmli məsələ Dağlıq Qarabağ probleminin işıqlandırılmasıdır. Azərbaycan xalqına və Azərbaycan dövlətinə münasibət Dağlıq Qarabağ məsələsinə obyektiv yanaşmadan keçir. Dağlıq Qarabağ məsələsində ədalətli mövqe tutan bütün media qurumları bizim dostumuzdur. Çox təəssüf ki, İran media qurumları arasında bu məsələyə münasibətdə ədalətsiz yanaşmalar olur. Bütün bunlar Azərbaycan xalqını çox incidir. Buna görə də bu məsələdə İran media qurumları ilə əməkdaşlıq etməyə, istənilən məsələnin dəqiqləşdirilməsi barədə məlumat verməyə hazırıq".

 

Daha sonra iranlı jurnalistlərlə turizmin inkişafında jurnalistlərin rolu, media sahəsində sosial şəbəkələr amili, jurnalist azadlığı, onların peşəkarlıq vərdişlərinin yüksəldilməsi və başqa məsələlərlə bağlı müzakirələr aparılıb. V. Mahirqızı bildirib ki, qarşılıqlı turist səfərlərinin sayının artırılmasında media mühüm rol oynaya bilər, bunun üçün jurnalistlərin qarşılıqlı səfərlərinin təşkili zəruridir. O, Azərbaycanda sosial şəbəkələrdən istifadənin tam azad olduğunu, sosial şəbəkələrin bir çox halda medianın önünə keçdirini qeyd edib.

 

İranlı jurnalist qrupunun rəhbəri, İranın İrşad Nazirliyinin Mazandaran əyalət şöbəsinin müdiri Hüseyn Şabahi görüşə görə təşəkkürünü bildirib, qarşılıqlı əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə inandığını deyib.

 

Sonda qonaqlar holdinqlə tanış olublar.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qeyri hokumet teskilatlarina dovlet desteyi surasinin 10 illik yubileyi munasibetile tedbir kecirilib
    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 ill...
  • azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib
    Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbu...
azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267