Jurnalist Tofiq Rüstəmovun 80 illik yubileyi qeyd olunub

Bu gün Mətbuat Şurasının təşkilatçılığı ilə jurnalist Tofiq Rüstəmovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

APA-nın xəbərinə görə, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov mərhum jurnalistin həyat və yaradıcılığı haqda tədbir iştirakçılarına məlumat verib. O bildirib ki, T. Rüstəmovun Azərbaycan jurnalistikasının təşəkkülü və inkişafında müstəsna xidmətləri olub. "Tofiq müəllimin fəaliyyəti televiziya-radio jurnalistikası, tərcümə sənəti, ədəbi redaktənin tarixi, nəzəriyyəsi və təcrübəsi sahələrini əhatə edib" - deyə Ə. Amaşov qeyd edib.

 

Veteran jurnalist Məzahir Süleymanzadə T. Rüstəmov haqda xatirələrini bölüşüb. M. Süleymanzadə deyib ki, T. Rüstəmov 1998-ci il yanvarın 20-də dünyasını dəyişib: "Tofiq müəllim yanvarın 20-də dünyasını dəyişib, şəhidlərimizə qovuşdu. Xalqımızın başına gətirilən bəlalar onun vaxtsız ölümünə səbəb oldu".
 
BDU-nun jurnalistika fakültəsinin dekanı Cahangir Məmmədli qeyd edib ki, T. Rüstəmov ləyaqətli insan olmaqla bərabər, Azərbaycan jurnalistikasının, Azərbaycan pedaqogikasının, Azərbaycan tərcümə sənətinin brendi olub.
 
Qeyd edək ki, T. Rüstəmov "Qızıl qələm", "Əməkdar mədəniyyət işçisi", "Ustad" Ali Jurnalistika mükafatları laureatıdır. O, Azərbaycan KP MK-nın ideologiya şöbəsi müdirinin birinci müavini, Azərbaycan SSR Ali Sovetinin deputatı və Milli Məclisin üzvü olub. T. Rüstəmov televiziya və radioda ictimai – siyasi verilişlər hazırlayıb, tərcümələr edib. T. Rüstəmov tərcümə, televiziya və radio jurnalistikası kafedrasının yaradıcısı olub (1981), jurnalistika fakültəsinin dekanı (1979-1988) vəzifələrində çalışıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:04 25 Mart
09:04 25 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida 39 yasli kisi ozunu denize ataraq intihar edib
    Bakıda 39 yaşlı kişi özünü dənizə ataraq intihar edib...
  • canavarlar zerdabda mal qaraya hucum edib fotosessiya
    Canavarlar Zərdabda mal-qaraya hücum edib - FOTOSESSİYA
canavarlar zerdabda mal qaraya hucum edib fotosessiya canavarlar zerdabda mal qaraya hucum edib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 27 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ