KİVDF fərdi jurnalist yazıları müsabiqəsi elan edib

kivdf ferdi jurnalist yazilari musabiqesi elan edib

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü və 22 iyul - Azərbaycan Milli Mətbuatının yaranmasının 143-cü ildönümü ilə əlaqədar fərdi jurnalist yazıları müsabiqəsi elan edib.

 

KİVDF-dən APA-ya verilən məlumata görə, 19 istiqamət üzrə elan edilən müsabiqədə müsabiqə elan olunan günədək ən azı 1 (bir) il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media  resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

 

Yazıların qəbulu mayın 4-də başlayır, iyulun 12-də başa çatır. Yazılar 10 ballıq sistem üzrə qiymətləndiriləcək, maksimum 50 bal müəyyən olunacaq. 30-dan aşağı bal toplamış yazı müəllifləri mükafatçılar siyahısına düşmür. Müsabiqədə hər istiqamət üzrə 6 qalib müəyyən ediləcək. Birinci yer üçün bir nəfərə 500 manat, ikinci yer üçün iki nəfərə 400 manat, üçüncü yer üçün 3 nəfərə 300 manat mükafat veriləcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • haciqabulda yol qezasinda surucu olub 6 yasli ovladi xesaret alib
    Hacıqabulda yol qəzasında sürücü ölüb, 6 yaşlı övladı xəsarə...
  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272