“Lent.az”-ın 10 yaşı tamam olur

lent az in 10 yasi tamam olur

Bu gün Azərbaycanın ilk xəbər portalı olan Lent.az İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 10 il ötür.

 

APA-nın məlumatına görə, www.lent.az resursu 2008-ci il iyun ayının 25-dən internet istifadəçilərinin ixtiyarındadır. Hazırda Azərbaycanda ana dilində ən çox oxunan informasiya agentliklərindən biridir.

 

Agentlik gündəlik və operativ xəbər istehsalı ilə yanaşı, oxucularına həm də reportajlar, araşdırmalar, siyasətdən şou-biznesə qədər geniş spektrdə maraqlı materiallar təqdim edir.

 

Saytda ölkə və dünyanın maraqlı insanları haqda portret yazılar, yaxın və uzaq tarixin ən qaranlıq məqamları ilə bağlı mühüm yeniliklər işıq üzü görür. Lent.az siyasət, sosial, kriminal, iqtisadiyyat, dünya, avtomobil, mədəniyyət, şou-biznes, idman, texnologiya kimi sahələr üzrə hər gün 100-dən çox xəbər, müsahibə, reportaj və yazılar hazırlayır.

 

Hazırda Lent.az-ın 20-dək ştat üzrə əməkdaşı və regional bölmələri var. Sayt maraqlı layihə və rubrikaları, fasiləsiz xəbər təminatı ilə qısa müddətdə populyarlıq qazanıb. Portal bu günədək 304 mindən artıq materialı oxuculara təqdim edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib
    Bu gündən daha 2 marşrut xətti üzrə avtobuslar fəaliyyətə ba...
  • azerbaycanda kecirilecek deniz kuboku na hazirliq isleri aparilir
    Azərbaycanda keçiriləcək “Dəniz Kuboku”na hazırlıq işləri ap...
azerbaycanda kecirilecek deniz kuboku na hazirliq isleri aparilir azerbaycanda kecirilecek deniz kuboku na hazirliq isleri aparilir +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267