Media rəhbərləri: "Erməni mənbələrinin dezinformasiyalarını yaymaq yolverilməzdir"

media rehberleri ermeni menbelerinin dezinformasiyalarini yaymaq yolverilmezdir

“Mən insanlarımızı başa düşürəm, informasiyasızlıq şəraitində onların keçirdiyi təbəddülatları, gərginliyi anlamaq olar. Amma yenə də səbirli olmaq lazımdır. Biz elə etməliyik ki, informasiya müharibəsində uduzmayaq. Ermənilər ola bilsin ki, azərbaycanlıları ruhdan salmaq üçün özlərindən hansısa uydurulmuş məlumatlar yaysınlar. Bizim sosial şəbəkələrdə, bəzi onlayn mediada təəssüf ki, qeyri-peşəkarlar baş alıb gedir, onlar da bu materilları tirajlayırlar".

 

Bunu APA-ya açıqlamasında “525-ci” qəzetin baş redaktoru Rəşad Məcid cəbhə xəttində baş verənlər barədə erməni mənbələrinin yaydığı məlumat, foto və videoların Azərbaycan resurslarında işıqlandırılmasına münasibət bildirərkən deyib.

 

O bildirib ki, hələ ötən ilin aprel ayında cəbhədəki məlum gərginlikdən sonra Mətbuat Şurasında bununla bağlı ciddi müzakirələr aparıblar: "Bu məsələnin tənzimlənməsinin yolunu tapmaq hələlik mümkün deyil. Yəqin ki, gələcəkdə internet medianın da məsuliyyəti müəyyən olunacaq, bu məsələnin tənzimlənməsinin yolu tapılacaq ki, belə halların qarşısı alınsın. Hər bir ciddi media adamını bu məsələlər narahat edir. Bəzi onlayn mediada, sosial şəbəkələrdəki qeyri-peşəkarlıq bəzən vətənpərvərlikdən və emosionallıqdan da doğur. Amma bu nəticədə elə bir hala gətirib çıxarır ki, biz düşmən dəyirmanına su tökmüş oluruq”.

 

"APA Holding"in rəhbəri Vüsalə Mahirqızı isə bildirib ki, cəbhə xəttində baş verənlərlə bağlı erməni mətbuatının apardığı təbliğatın eynilə bizim saytlarda əksini tapması qəbuledilməzdir: "Belə vaxtda Azərbaycan Müdafiə Nazirliyinin və inanılmış xəbər mənbələrindən kənarda xəbər, video və ya fotoşəkilə istinad eləmək yolverilməzdir. Biz rəsmi xəbər qaynaqlarının daha operativ olmasını tələb edə bilərik. Xəbərlərin gecikməsinin obyektiv və subyektiv səbəbləri ola bilər. Şəxsən mən daha operativ işləməyin, xəbəri yerli və beynəlxalq ictimaiyyətin Azərbaycan mənbələrindən öyrənməsinin tərəfdarıyam. Xəbər almaq, tələb etmək və yaymaq medianın ən təbii haqqıdır".

 

V. Mahirqızı deyib ki, bununla belə, Ermənistan mətbuatının yaydığı dezinformasiyalara istinad eləmək, fotolar yaymaq qəbuledilməzdir: "Mən hesab edirəm ki, dəfələrlə olan çağırışlara baxmayaraq, bu cür fəaliyyətini davam etdirən media qurumlarına qarşı qanunun tələblərinə uyğun davranmaq lazımdır. Bununla bağlı Azərbaycan qanunvericiliyində hansı hallar nəzərdə tutulubsa, onlar da tətbiq edilməlidir. Çünki düşmənin təbliğatına xidmət etmək, onun məlumatlarının daha çox yayılmasına çalışmaq cinayətdir. Ermənilər o fotoları məhz Azərbaycan ictimaiyyətinin görməsi, ruhdan düşməsi üçün yayırlar. Onu bizim bəzi media qurumlarının yayması da bu niyyətin gerçəkləşməsinə kömək etməkdir. Buna qarşı ictimai qınaq yox, qanun dayanmalıdır".

 

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da APA-ya bildirib ki, ermənilərin yaydığı hər hansı təxribat xarakterli məlumatı bizimkilərin yayması yolverlməzdir, bu, ermənilərin məqsədlərinə xidmət edir: “Bu cür məqamlarda xüsusilə ehtiyatlı olmaq lazımdır. Ancaq hesab edirəm ki, Müdafiə Nazirliyinin, digər rəsmi qurumların mətbuat və informasiya siyasətində təkmilləşdirmə aparmasına da ehtiyac var. Yəni imkan vermək olmaz ki, daxili auditoriyaya informasiya siyasətini kənar ölkələrin xəbər saytları, o cümlədən ermənilərə məxsus saytları diktə etsin. Keçən il aprel ayında olduğu kimi biz operativ xəbərlə təmin olunmayıq ki, bu cür təxribatların qarşısını ala bilək. Son materiallara mən də baxmışam. Onları mənşəyi təsdiqlənməyən formada yaymağı doğru saymıram, lakin eyni zamanda hesab edirəm ki, Azərbaycanın rəsmi informasiya siyasətini yürüdənlər medianın çevik davranması üçün imkanlar yaratmalı, məlumatla təmin etməlidirlər”.

 

Baş redaktorun sözlərinə görə, düşmənin məqsədi də odur ki, belə materialları mətbuata ötürməklə azərbaycanlıların arasında ajiotaj yaratsın: “Onların istəyi odur ki, Azərbaycan xalqını, ictimaiyyətini, xüsusilə sosial şəbəkə istifadəçilərini belə xəbərlərlə təşvişə salsın, bədbinliyə qapanmasına şərait yaratsın. Mənim çağırışım ondan ibarətdir ki, biz mətbuat işçiləri bu məsələyə vətən müharibəsi kimi yanaşmalı, tərəf gözləməliyik. Bu cür hallarda Azərbaycanın Müdafiə Nazirliyinin xəbər sektoru dördqat, beşqat artıq əlavə iş rejimində işləsin, düşmənin bu təxribatının ayaq açmasına imkan verməsin”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:36 27 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • quba qusar yolunda iki avtomobil toqqusub iki nefer olub bes nefer xesaret alib yenilenib
    Quba-Qusar yolunda iki avtomobil toqquşub, iki nəfər ölüb, b...
  • azerbaycan ve ozbekistan arasinda demir yolu sahesinde emekdasliga dair protokol imzalanib
    Azərbaycan və Özbəkistan arasında dəmir yolu sahəsində əməkd...
azerbaycan ve ozbekistan arasinda demir yolu sahesinde emekdasliga dair protokol imzalanib azerbaycan ve ozbekistan arasinda demir yolu sahesinde emekdasliga dair protokol imzalanib +2
MƏZƏNNƏ
FOREX
/ 28 Mart, 2017

USD
1.7201
 
EUR
1.8654
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ