Mətbuat Şurası APA-nı təbrik edib

metbuat surasi apa ni tebrik edib

Azərbaycan Mətbuat Şurası APA-ya fəaliyyətə başlamasının 12 illiyi münasibətilə redaksiyaya təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir:

 
“Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra bir çox sahələrdə əldə edilən dinamik inkişaf kütləvi informasiya vasitələrinin fəaliyyətinə də təsirsiz ötüşmədi. İşini zamanın tələbindən irəli gələrək quran, obyektivliyi, dəqiqliyi və operativliyi fəaliyyət meyarı kimi müəyyənləşdirən media orqanlarımız yarandı. Onlar həm ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahədəki məsələlərin peşəkarlıqla təqdimatını, həm də keçmiş sovet mətbuatına xas qəlibləri sındırmağı başlıca hədəf seçdilər. İnformasiya texnologiyalarının sürətli inkişafı mövcud tendensiyaya yeni çalarlar gətirməklə mediamızın müstəqillik dövrü tarixində tamamilə yeni səhifə açdı. 12 yaşını qeyd edən “Azəri Press” Agentliyi də məhz həmin mərhələnin əsasını qoyan kütləvi informasiya vasitələrimizdəndir. 
 
APA-nın ötən 12 ildəki fəaliyyəti onu deməyə əsas verir ki, Azərbaycanın media məkanında, ümumən ictimai mühitində oturuşmuş mövqeyə, sanballı çəkiyə məxsus media orqanı mövcuddur. Bu mənada o, bənzərsiz və təkrarsızdır. İnformasiya agentliyinin məhsulları yalnız Azərbaycan auditoriyasına ünvanlanmır. Agentlik 5 dildə yayımlanmaqla ölkəmizlə bağlı etibarlı bilgi qaynağı kimi qəbul olunur. 12 illik qısa zaman kəsiyində belə bir statusa yiyələnmək çox çətindir. Bu status təcrübəsini, yaradıcılıq keyfiyyətlərini yüksək təşkilatçılıq qabiliyyəti ilə bir araya gətirməyi bacarmış Vüsalə Mahirqızı başda olmaqla, bütövlükdə “APA Holdinq”in əzmkar kollektivinin gərgin əməyinin, axtarışlarının nəticəsi və mükafatıdır. Qloballaşma dövründə informasiyanın hansı mühüm əhəmiyyət daşıdığını düşünsək, bu status eyni zamanda Vətənimiz Azərbaycan üçün son dərəcə vacib missiyadır. 
 
Azərbaycan Mətbuat Şurası hər zaman missiyasına sadiq olan APA-nı fəaliyyətə başlamasının 12 illiyi münasibətilə təbrik edir, informasiya agentliyinin rəhbərliyinə və hər bir əməkdaşına səmimi arzu və istəklərini diləməkdən məmnunluq duyur. Əziz həmkarlar, 12 illik fəaliyyət müddətiniz əbədi varlığa, bitmək-tükənmək bilməyən uğurlara gedən yolunuza işıqdır. Uğurlarınız bol olsun! Azərbaycan var olduqca, var olun!”

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tiflisde azerbaycan dovlet dram teatrinin kecmis direktorunun anim gunu kecirilib
    Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunu...
  • respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya
    Respublika Günü münasibətilə Silahlı Qüvvələrdə silsilə tədb...
respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 29 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ