Mətbuat Şurası hərbi operator Seyidağa Mövsümlünün vəfatı ilə bağlı nekroloq yayıb

metbuat surasi herbi operator seyidaga movsumlunun vefati ile bagli nekroloq yayib

Azərbaycan Mətbuat Şurası hərbi operator Seyidağa Mövsümlünün vəfatı ilə bağlı nekroloq yayıb.

 

APA-nın xəbərinə görə, nekroloqda Seyidağa Mövsümlünün Azərbaycanın müasir jurnalistika tarixində məxsusi yerə və rola malik, Qarabağ müharibəsi veteranı olan ilk hərbi operator olduğu qeyd olunub:

 

“Uzun müddət Azərbaycan Dövlət Televiziyasında çalışmış S.Mövsümlünün jurnalistikamızda öz yolu var. Onun yaratdığı yol əslində bütöv bir tarixdir. 20 Yanvar faciəsinin, Qarabağ müharibəsinin, acılarımızın, məhrumiyyətlərimizin görüntülərdəki tarixi. Və qətiyyətlə demək olar ki, onun yaratdığı, lentə aldığı tarixi hələ tam yazılmayıb.

 

Seyidağa Mövsümlü peşəkarlıq nümunəsidir. Televiziyada çalışdığı illərdə tamaşaçıların sevə-sevə izlədikləri “Adı sənin, dadı mənim”, “Kökdən düşmüş piano”, “Bağışla” (3 hissəli), “Göz həkimi” “Gülüş sanatoriyası”, “Pəncərədə işıq” və digər televiziya tamaşalarının, sənədli filmlərin operatoru olub. Mərhum həm də qayəsi Vətənə sevgidən yoğrulmuş peşəkarlıq nümunəsidir. Onun fəaliyyəti həm igidliklərimizi, həm də dərdlərlə dolu həqiqətlərimizi ifadə etmək bacarığına köklənib. Nəzərə alaq ki, S.Mövsümlünün kamerasında Xocalının dəhşət yükünün heç yerdə təsadüf edilməyən obyektivi var. Bunu yaşamaq olduqca ağırdır. S.Mövsümlü XX əsrin ən böyük faciəsini nəinki yaşayıb və görüntülərdə canlandırıb, eyni zamanda bu görüntülərin dünyaya çatdırılması istiqamətində də böyük əmək sərf edib.

 

Ömrünün 64-cü ilində haqq dünyasına qovuşmuş S.Mövsümlünün yoxluğu bütövlükdə Azərbaycanın media ictimaiyyəti üçün böyük itkidir. Azərbaycan Mətbuat Şurası olaraq bir daha onun doğmalarına, əzizlərinə, yaxınlarına və dostlarına bu itkinin yaşatdığı üzüntü hissimizi çatdırır, dərin hüznlə başsağlığı verir, səbr diləyirik.

 

Allah rəhmət eləsin!”

 

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib
    Bu gündən daha 2 marşrut xətti üzrə avtobuslar fəaliyyətə ba...
  • azerbaycanda kecirilecek deniz kuboku na hazirliq isleri aparilir
    Azərbaycanda keçiriləcək “Dəniz Kuboku”na hazırlıq işləri ap...
azerbaycanda kecirilecek deniz kuboku na hazirliq isleri aparilir azerbaycanda kecirilecek deniz kuboku na hazirliq isleri aparilir +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267