Mətbuat Şurası ilə Türkiyəli media nümayəndələri arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan Mətbuat Şurasında (MŞ) ölkəmizdə səfərdə olan bir qrup türkiyəli jurnalistlə görüş keçirilib. Şuradan APA-ya verilən məlumata görə, qurumun sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, indiyədək Türkiyə və Azərbaycan jurnalistlərinin iştirakı ilə çoxsaylı toplantılar təşkil olunub. Ə.Amaşov vurğulayıb ki, qarşılıqlı media əməkdaşlığında mühüm həlqəni ortaq həqiqətlərimizin təbliği təşkil edir: "Biz eyni zamanda beynəlxalq miqyasda söz və ifadə azadlığı ilə bağlı məsələlərə də həssas yanaşmalıyıq. Çünki çox zaman bu istiqamətdə sui-istifadələrin şahidi oluruq. Türkiyə və Azərbaycana qarşı heç də birmənalı münasibət yoxdur. Hollandiyanın yol verdiyi qeyri-etik hərəkət, üstəlik ölkədə türklərə qarşı həyata keçirilmiş zorakılıq aktları bunu bir daha təsdiqlədi. Düşünürəm ki, media orqanlarımız bu reallıqdan çıxış etməlidirlər”.

 

Ə. Amaşovun sözlərinə görə, Mətbuat Şurası ümumən İran, Rusiya və Gürcüstan daxil olmaqla ümumilikdə bölgə jurnalistlərinin görüşünü təşkil etməyi planlaşdırır.

 

Türkiyəli media təmsilçilərinin ölkəmizə səfərinin təşəbbüskarı olan Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib ki, Türkiyə və Azərbaycan arasındakı çoxtərəfli əməkdaşlıq örnək səciyyə daşıyır və bu, media müstəvisində həyata keçirilən tədbirlərlə, yeni birgə fəaliyyət mexanizmləri ilə də zənginləşməlidir.

 

Antalya Gazeteciler Cemiyeti ve Akdeniz Gazeteciler Federasyonu Başkanı Mevlüt Yeni türk toplumuna qarşı beynəlxalq miqyasda ayrıseçkilik siyasətinin hökm sürməsi məsələsinə toxunub.

 

Görüşdə Azərbaycan Mətbuat Şurası ilə Türkiyəli media nümayəndələri arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

 

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, qurumun İdarə Heyətinin üzvü, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayıl bildiriblər ki, böyük coğrafi arealı əhatə edən türk dünyası xalqlarının bir-birinə daha sıx şəkildə inteqrasiyası eyni zamanda strateji əhəmiyyət daşıyan məsələdir. 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • aprel doyuslerinde sehid olan ve yaralananlarin aileleri cenub zonasina sefer edib
    Aprel döyüşlərində şəhid olan və yaralananların ailələri cən...
  • azerbaycan nefti ucuzlasib
    Azərbaycan nefti ucuzlaşıb
azerbaycan nefti ucuzlasib azerbaycan nefti ucuzlasib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ