Mətbuat Şurası Rauf Talışinskinin vəfatı ilə bağlı nekroloq yayıb

metbuat surasi rauf talisinskinin vefati ile bagli nekroloq yayib

Azərbaycan Mətbuat Şurası tanınmış jurnalist, «Exo» qəzetinin baş redaktoru Rauf Talışinskinin vəfatı ilə bağlı nekroloq yayıb.

 

Şuradan APA-ya daxil olan məlumata görə, nekroloqda Azərbaycan jurnalistikasına ağır itki üz verdiyi bildirilib: “Tanınmış qələm sahibi, respublikanın əməkdar jurnalisti, «Exo» qəzetinin baş redaktoru Rauf Talışinski - Talışinski Rauf Rəfail oğlu ömrünün 62-ci ilində dünyasını dəyişib.

 

R.Talışinski prinsiplərinə sadiq, varlığını söz sənətinə həsr etmiş peşəkar sima idi. 1978-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra "Molodyoj Azerbaydjana", "Vışka" qəzetlərində çalışıb. "İzvestiya" qəzetinin Azərbaycan üzrə müxbiri olub.

R.Talışinskinin həyat və yaradıcılığı peşəsi üçün fədakarlıq nümunəsidir. Ən çətin zamandan - 1990-cı ildən «Ayna-Zerkalo» qəzetinə rəhbərlik edib. Bu nəşrdəki, eləcə də 2001-ci ildən baş redaktoru olduğu «Exo» qəzetindəki fəaliyyəti ilə müasir Azərbaycan jurnalistikasının formalaşmasına böyük xidmət göstərib.

 

Mərhum həmkarımız istər jurnalistika dəyərlərinin cəmiyyətə aşılanmasına, istər peşənin nüfuzunun artırılmasına və qorunmasına, istərsə də peşəkar kadrların yetişdirilməsinə müstəsna əmək sərf edib. Hər zaman işgüzarlığı, təşəbbüskarlığı, səmimiyyəti, qayğıkeşliyi ilə seçilmiş baş redaktor hadisə və proseslərə məxsusi yanaşması, vətəndaş mövqeyi ilə də seçilib. Qətiyyətlə demək olar ki, o, jurnalistikanın cəmiyyətə qazandırdığı dəyərli ziyalı idi.

 

Rauf Talışinskinin vəfatı Azərbaycanın media ictimaiyyəti üçün dərin uzüntü və sarsıntıdır. Onun yoxluğunu qəbul etmək çox çətindir. Uca Tanrıdan mərhumun doğmalarına, əzizlərinə, həmkarlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirik. Yeri behişt, məkanı cənnət olsun! Allah rəhmət eləsin!”

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • haciqabulda yol qezasinda surucu olub 6 yasli ovladi xesaret alib
    Hacıqabulda yol qəzasında sürücü ölüb, 6 yaşlı övladı xəsarə...
  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272