Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

metbuat surasinin sikayetler uzre komissiyasinin iclasi kecirilib

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

 

Şuradan APA-ya verilən məlumata görə, iclasda ilk olaraq Beyləqan rayon sakini Yaşar Səfərovun “Tendensya.com” və “Milliyol.az ” saytlarına qarşı şikayəti araşdırılıb.

 

Şikayətçi tərəf bildirib ki, artıq hər iki saytın təmsilçiləri onunla əlaqə saxlayıblar və problemin aradan qaldırılması üçün razılıq əldə olunub. Şikayətçi müraciətini geri götürüb.

 
“A Servise Group” MMC-nin direktoru Aysel Rəhimovanın “Şərq” qəzetinə qarşı şikayətini araşdıran komissiya üzvləri müəyyən ediblər ki, qəzet bəlli şirkət barədə material hazırlayarkən, etik kodeksin standartlarını gözləyib, balans prinsipinə əməl edib, şirkət təmsilçilərinin mövqeyini də dərc edib. Bu baxımdan şikayət ərizəsində qaldırılan iddia əsassız sayılıb. 
 

Bakı şəhər sakini Xaliq Abbasovun “Qafqaz” Xəbər Agentliyinə qarşı şikayətinin paralel olaraq məhkəmə müstəvisində də araşdırıldığı müəyyənləşib. Buna görə də komissiya məsələyə baxmayıb. 
 

Ağstafa rayon rayon sakini Quliyeva Şəlalə Fuaddin qızının “Həqiqət güzgüsü” qəzetinə qarşı müraciətini araşdıran komissiya üzvləri bildiriblər ki, Şura bu quruma daha əvvəllər ünvanlanmış şikayətlərdəki haqlı motivləri əsas tutaraq “Həqiqət güzgüsü” qəzetinin adını özünün “qara siyahı”sına daxil edib. Bununla əlaqədar şikayətçi tərəfə ətraflı məlumat və tövsiyələr verilib.
 

“Haakan foods” şirkətinin prezidenti Yavuz Həsənovun “azeuronews.com” portalı ilə bağlı müraciətini araşdıran komissiya rəyə gəlib ki, bəlli yazıda etik kodeksin bütün prinsipləri ciddi şəkildə pozulub. Bu baxımdan məsələnin geniş şəkildə araşdırılması “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına həvalə edilib. 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • haciqabulda yol qezasinda surucu olub 6 yasli ovladi xesaret alib
    Hacıqabulda yol qəzasında sürücü ölüb, 6 yaşlı övladı xəsarə...
  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272