“Mirzə Cəlil” Milli Media Mükafatının təqdimetmə mərasimi keçirilib

mirze celil milli media mukafatinin teqdimetme merasimi kecirilib

Bakı-APA. Bu gün “Mirzə Cəlil” Milli Media Mükafatının ilk təqdimetmə mərasimi keçirilib.

 

APA-nın xəbərinə görə, “Mirzə Cəlil” Mükafatının təşkilat komitəsinin sədri Aqil Ələsgər bildirib ki, “Mirzə Cəlil” Ali Media Mükafatı hər il sadəcə 5 nəfərə, “Mirzə Cəlil” Media Mükafatı isə 10 nəfərə veriləcək. Mükafatçılar arasında professor Şirməmməd Hüseynov, BDU-nun jurnalistika fakültəsinin müəllimi Nəsir Əhmədli, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, fotoqraf Elxan Kərimov (ölümündən sonra), Lent.az xəbər portalının baş direktoru Qabil Abbasoğlu, İTV-nin informasiya departamentinin direktoru Rauf Rəcəbov, “Trend” İnformasiya Agentliyinin direktor müavini Arzu Nağıyev, “Azadinform” Agentliyinin baş redaktoru Niyaz Niftiyev, “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev və “Birlik” jurnalının baş redaktoru İlqar İlkin var.

 

Mədəniyyət kanalı, ATV, Lider TV, Region TV və Dünya TV telekanalları da Mirzə Cəlil ideyalarının təbliğindəki inkişafına görə münsiflər heyəti tərəfindən mükafatlandırılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gurcustanda guclu yagis fesadlar yaradib yenilenib
    Gürcüstanda güclü yağış fəsadlar yaradıb - YENİLƏNİB...
  • sumqayitda ucmertebeli magaza yanib yenilenib
    Sumqayıtda üçmərtəbəli mağaza yanıb - YENİLƏNİB
sumqayitda ucmertebeli magaza yanib yenilenib sumqayitda ucmertebeli magaza yanib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267