MTRŞ: Ötən il milli-mənəvi dəyərlər, reklamla bağlı qanunvericiliyin pozulması halları müşahidə olunub

mtrs oten il milli menevi deyerler reklamla bagli qanunvericiliyin pozulmasi hallari musahide olunub

“İlkin müşahidələr zamanı televiziya və radiolarda bayram günləri ciddi qanun pozuntuları aşkarlanmayıb”. Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

 

O bildirib ki, bununla belə, video-audio yazılar əsasında müşahidələr davam etdirilir: “Yayımçılar bayram günlərinə uyğun proqram səbəti hazırlayıblar. Bayram günləri əsasən musiqili-əyləncəli proqramlara üstünlük verilməsi təbiidir. Bundan başqa, milli filmlər, tamaşalar da nümayiş etdirilib. Baxımlı xarici filmlər də az olmayıb”.

 

Şöbə müdiri qeyd edib ki, ötən il milli-mənəvi dəyərlərlə, reklamla bağlı qanunvericiliyin pozulması halları müşahidə olunub: “Xüsusilə bəzi reklam çarxlarında, bəzi şou verilişlərdə, müzakirə proqramlarında milli dəyərlərə zidd hallarla bağlı narahatlıqlar var idi. Hər bir halda məsələyə Şura tərəfindən operativ reaksiya verilərək problemlər aradan qaldırılıb. 2017-ci ildə teleradio yayımçılarının efirlərinin monitorinqləri daha da intensivləşdiriləcək. Ümumiyyətlə milli-mənəvi dəyərlərlə bağlı həm qanunun tələblərini, həm də cəmiyyətin həssaslığını nəzərə alırıq. İnanırıq ki, bu il yayımçılar ciddi pozuntulara yol verməyəcək. Onu da deyim ki, ötən il əvvəlki illərlə müqayisədə pozuntu hallarında müəyyən azalma tendensiya diqqəti cəlb edir”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
10:05 27 İyun
16:02 26 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • varsavada polsa ve azerbaycan prezidentlerinin gorusu olub yenilenib
    Varşavada Polşa və Azərbaycan prezidentlərinin görüşü olub -...
  • azerbaycan ve polsa prezidentlerinin genis terkibde gorusu kecirilib yenilenib
    Azərbaycan və Polşa prezidentlərinin geniş tərkibdə görüşü k...
azerbaycan ve polsa prezidentlerinin genis terkibde gorusu kecirilib yenilenib azerbaycan ve polsa prezidentlerinin genis terkibde gorusu kecirilib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 27 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ