MTRŞ: Regionlarda 20 000 dekoder lazım ola bilər

mtrs regionlarda 20 000 dekoder lazim ola biler

“30 rayonda aparılan sorğunun nəticələrinə görə rayon əhalisinin 7,4%-i yerüstü TV yayımını izləyir. Təxmini hesablamalara əsasən rayonlarda 1 mln-dan bir qədər artıq televizor var. Onların 7,4%-i, 74 000-i yerüstü yayım üçün istifadə olunur. Belə çıxır ki, rayonlarda dekabrın 20-nə qədər təxminən 20 000 dekoder lazım ola bilər”. Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki nəzarət şöbəsinin müdiri, professor İsa Məmmədov deyib.

 

Dekabrın 1-dən başlayaraq əvvəlcə 8 şimal rayonunda analoq yayımın dayandırılacağını xatırladan şöbə müdiri bildirib ki, rayonlarda ümumilikdə 300-dən çox TV vericisi söndürüləcək.

 

“Dəqiq hesablamaq çətin olsa da, rayonlarda analoq yayımının dayandırılması ilə ölkənin elektrik şəbəkəsindən təxminən 1,5 meqavat yükün azalacağını təxmin etmək mümkündür” – deyə İ. Məmmədov qeyd edib.

 

Qeyd edək ki, regionlarda analoq yayımın dayandırılması 3 mərhələdə həyata keçiriləcək. Analoq yayımın I mərhələdə - 1 dekabr 2016-cı il tarixdən Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar, Xaçmazda, II mərhələdə - 10 dekabr 2016-cı il tarixdən Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə,  Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən, Qaxda, III mərhələdə - 20 dekabr 2016-cı il tarixdən Şirvan, Salyan, Neftçala, Haciqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik, Astarada dayandırılması nəzərdə tutulur.

 

Xatırladaq ki, noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:55 20 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • belcika sefiri alxanlida bas verenler facie idi
    Belçika səfiri: "Alxanlıda baş verənlər faciə idi"
  • bakida belcikanin musteqillik gunu qeyd olunub
    Bakıda Belçikanın Müstəqillik Günü qeyd olunub
bakida belcikanin musteqillik gunu qeyd olunub bakida belcikanin musteqillik gunu qeyd olunub +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2017

USD
1.7017
 
EUR
1.959
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ